» » Əlaəddin Brucerdi:

Əlaəddin Brucerdi: “İran Livan ordusunu silahlandırmağa hazırdır”

Bölmə: Dünya
[thumb=left]http://xalqinfo.az/uploads/posts/2017-01/1483790215_79e9f413c62a0bbc94b855

“İran dövləti Livan ordusunu silahlandırmağa hazırdır”.

Xalqinfo.az “İRNA”-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi Beyrutda səfərdə olarkən bildirib.

O deyib ki, İran Livan ordusuna silah yardımı verməyə hazırdır:

“Ancaq bu məsələ ilə bağlı yekun qərar İran hökuməti tərəfindən çıxarılmalıdır”.

Ə.Brucerdi Livanda yeni prezidentin seçilməsinə də münasibət bildirib: “Livanda yeni prezidentin seçilməsi ölkədə yaranan problemlərin həllini tapmasına müsbət töhfə verəcək. Bu gün İran və Livan arasında ikitərəfli əlaqələrin, o cümlədən siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün keçmişdə olduğundan daha yaxşı imkanlar var. Livan "Hizbullah"ının Suriyada olması və terrorçulara qarşı aparılan mübarizədə bu ölkənin ordusuna dəstək verməsi müsbət haldır. Dünya yaxşı bilir ki, İran, Rusiya və Livan "Hizbullah"ı Suriya dövlətinin istəyi və dəvəti əsasında Suriyanın ərazi bütövlüyü və hakimiyyət haqqını müdafiə etmək üçün bu ölkəyə buraxılıb”.(publika.az)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler