» » ABŞ kəşfiyyatı Rusiya barədə hesabatı açıqlayacaq

ABŞ kəşfiyyatı Rusiya barədə hesabatı açıqlayacaq

Bölmə: Dünya
ABŞ kəşfiyyatı Rusiya barədə hesabatı açıqlayacaq

ABŞ Milli Kəşfiyyat direktorunun ofisi gələn həftənin əvvəlində “Rusiyanın kiberhücumları” haqqında məruzənin qeyri-məxfi versiyasını ictimaiyyətə təqdim etmək niyyətindədir.

Xalqinfo.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Senatında keçirilən dinləmələrdə idarənin başçısı Ceyms Klepper deyib.

Amma Klepper Rusiyanın kiberhücumlarının sübutları haqqında açıq danışmaqdan imtina edib. İdarənin ekspertlərinin fikrincə, bunlar Amerikanın kompüter sistemlərinə hücumlarda Rusiyanın iştirakını sübut edir.

Moskva isə onun ünvanına olan ittihamı qəti surətdə təkzib edir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler