» » Tramp Obamanın əksinə getdi - “Quantanamo bağlanmasın...”


Tramp Obamanın əksinə getdi - “Quantanamo bağlanmasın...”

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Tramp Obamanın əksinə getdi - “Quantanamo bağlanmasın...”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, Quantanamo həbsxanasında “son dərəcə təhlükəli” məhbusların azadlığa buraxılması praktikasına son verilməlidir. “Xalqinfo” xəbər verir ki, bu barədə Tramp tvitter hesabında yazıb:

“Daha Quantanamodan heç kəs azadlığa buraxılmamalıdır. Onlar çox təhlükəli insanlardır və yenidən döyüş meydanına qayıtmalarına imkan verilməməlidir.

Trampın bəyanatını şərh edən ABŞ-ın Müdafiə Nazirliyinin rəsmisi isə bildirib ki, hazırki prezident Barak Obama səlahiyyətləri başa çatanadək həbsxananın bağlanılması istiqamətindəki siyasətini davam etdirəcək.

Quantanamonun bağlanması prezident Obamanın əsas seçkiqabağı vədlərindən biri idi. O, konqresin etirazına görə buna nail olmasa da, məhbusların sayını 242-dən 59-a endirə bilmişdi.

Qeyd edək ki, bu həbsxanada ABŞ-ın əcnəbi torpaqlarda, xüsusilə də, İraq və Əfqanıstanda ələ keçirdiyi, radikal islamçı terrorist olaraq adlandırdığı şəxslər yatır. Burada məhbuslar Amerika qanunlarının belə tanımadığı ağır işgəncə altında saxlanılırlar.(Qafqazinfo)

Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler