» » Terrorçunun arvadı danışıb

Terrorçunun arvadı danışıb

Bölmə: Dünya
Terrorçunun arvadı danışıb

Xəbər verdiyimiz kimi, yeni il günü İstanbuldakı gecə klubunda qətliam törədən terrorçunun ailəsi saxlanılıb.

"Xalqinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçunun arvadı polisə ifadə verən zaman hadisəni televiziyadan öyrəndiyini bildirib. Həyat yoldaşının İŞİD üzvü olduğunu bilmədiyini deyən qadın bütün bu planlardan xəbərsiz olduğunu söyləyib: "Terror olduğunu televiziyadan öyrəndim. İŞİD üzvü olduğunu belə bilmirdim".

Qeyd edək ki, noyabrda İstanbula gələn terrorçu ev tutaraq 3 aylıq icarə haqqını ödəyib. Şəkli yayımlandıqdan sonra qonşuları polisə zəng vuraraq ailəsinin olduğu evin ünvanını xəbər veriblər.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler