» » Şimali Koreya liderindən

Şimali Koreya liderindən ƏCAİB YENİ İL TƏBRİKİ

Bölmə: Dünya
Şimali Koreya liderindən

Şimali Koreya lideri Kim Jong-un Yeni il münasibətilə ölkə əhalisini özünəməxsus formada təbrik edib.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, Kim Jong-un Yeni il münasibətilə ölkə əhalisini televiziyadan təbrik müraciətində qitələrarası ballistik raket silahını sınaqdan keçirəcəyini bildirib: “Qitələrarası ballistik raket silahının sınaqdan keçiriləcəyi günə çox az vaxt qaldı. Hazırda bu istiqamətdə apardığımız işlər müsbət nəticə ilə yekunlaşmaq üzrədir. Biz ən müasir texnologiyalara və silahlara malikik. Yaxında bunu bütün dünya görəcək”.

Xatırladaq ki, ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Anna Richey-Allen Şimali Koreya liderini beynəlxalq hüququn tələblərini təhdid edən əməllərindən vaz keçməyə çağırıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler