» » 7 dəqiqəyə 1.4 milyardlıq satış

7 dəqiqəyə 1.4 milyardlıq satış

Bölmə: Dünya, MARAQLI
7 dəqiqəyə 1.4 milyardlıq satış

Çində fəaliyyət göstərən dünyaca məşhur onlayn alış-veriş saytı “Alibaba” 7 dəqiqə ərzində satış rekordu qırıb.

Xalqİnfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çində qeyd edilən “Subaylar Günü”nün ilk 7 dəqiqəsində sayt 10 milyard yuan (təxminən 1,43 milyard dollar), ilk bir saatında isə 36,2 milyard yuan (təxminən 5 milyard dollar) satış həyata keçirib.

Saytdan sifariş edilən mallardan hansıların üstünlük təşkil etdiyi açıqlanmasa da, bu ilki satışın rekord olduğu qeyd edilib. Belə ki, ötən il sayt “Subaylar Günü”nün ilk saatında cəmi 3,9 milyard satış edibmiş.

Qeyd edək ki, hər il noyabrın 11-i Çində “Subaylar Günü” kimi qeyd edilir.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler