» » Əl Bağdadinin qardaşı ələ keçdi

Əl Bağdadinin qardaşı ələ keçdi

Bölmə: Dünya, BLOK XƏBƏR
Əl Bağdadinin qardaşı ələ keçdi
İraq ordusunun son bir sutka ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində müxtəlif əyalətlərdə 150 İŞİD terrorçusu məhv edilib. “İraqNyus”un yaydığı xəbərə görə, bu açıqlamanı İraq ordusunun sözcüsü Qasim Ata verib.

“Son 24 saat ərzində Əl-Anbarda 46, Diyalada 39, Babildə 45 olmaqla ümumilikdə 130 İŞİD terrorçusu məhv edilib”, - deyə Qasim Ata bildirib.

Eyni zamanda Cufr əl-Sahar şəhərində də könüllü dəstələrin dəstəyi ilə 22 terrorçu məhv edilib. Bundan başqa, İŞİD lideri Əbu Bəkir Əl-Bağdadinin qardaşının ələ keçirildiyi bildirilib.

“Əl-İhbariyə”nin məlumatına görə, Bağdadinin qardaşı Bağdad şəhərində xüsusi əməliyyat zamanı ələ keçirilib. Onun əksər terror əməliyyatlarına komandanlıq etdiyi bildirilir.

Deyerler.org

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler