» » Tramp populist vədlərini yerinə yetirə biləcəkmi ...

Tramp populist vədlərini yerinə yetirə biləcəkmi ...

Bölmə: Dünya
Tramp populist vədlərini yerinə yetirə biləcəkmi ...

Məlum olduğu kimi seçki kampaniyası dövründə Donald Tramp Rusiya ilə əlaqələrdən tutmuş mühacirətə qədər müxtəlif məsələlərdən danışırdı. Bəs o, prezident kimi dediklərini edə biləcəkmi?

Prezident səlahiyyəti



ABŞ Konstitusiyasının yaratdığı qarşılıqlı tarazlıq və yoxlama sistemi şəraitində Trampın öz dediklərini edə bilməsi Konqresin onun təkliflərini dəstəkləməsindən asılıdır. Tramp biznesın vergilərini azaltmaq və ya Obamanın səhiyyə sığortası islhatına yenidən baxmaq istəyirsə,onda qanunvericilərin və ya məhkəmə sisteminindayağını qazanmalıdır.

Ancaq ekspertlərin fikrincə, Trampın vədlərinin bir çoxunu reallaşdırmaq üçün ona kənardan razılıq lazım deyil, prezidentinmüvafiq sərəncamlar verməsi bəsdir. Trampın keçid komandasının dediyinə görə, o, yanvarın 20-də prezidentliyə başlayan kimi dərhal təxminən 25 sərəncam imzalayacaq.

Xarici siyasətə gəlincə, Londondakı Strateji Tədqiqatlar İnstitutundaAmerikanın xarici siyasəti üzrə ekspert Dana Allin deyir ki, nəzəri cəhətdən ABŞ prezidentinin məhz bu sahədə səlahiyyətləri az qala qeyri-məhduddur. Onun sözlərinə görə, bu sahədə Konqresin prezidentin qəralarının qarşısını necə alacağını demək çətindir. “Prezident həddən çox iş görə bilmək mövqeyindədir – o, hərbi əməliyyata başlamaq, qoşunları yerləşdirməkvə s.kimi məsələrdə qərar verə bilər. Mən inanmıram ki, prezidentin hərəkətlərinə burda böyük nəzarət ola bilsin”.

Rusiya və NATO



Tramp deyir ki, o, Rusiyanı daha çox dost görmək istərdi. Onun sözlərinə görə, iki ölkənin isti münasibətləri İŞİD-i dağıtmağa yardım edərdi. O həmçinin əmindir ki, iki ölkə arasındakı münasibətləri çox asanlıqla yoluna qoya bilər.Tramp sentyabrda deyirdi ki, Rusiya prezidenti Putinlə çox yaxşı münasibətlər qura bilər. O həmçinin əmindir ki, Putinlə Obamadan daha yaxşı danışa biləcək.

Tənqidçilər Trumpın bu əminliyinə şübhə edirlər. Onlar xatırladırlar ki, olub-keçənləri kənara qoyub, münasibətlərə yenidən başlamağı təklif edən Obama da prezidentliyinin əvvəlində Rusiya ilə yaxşımünasibətlər quracağına inanırdı. Tənqidçilər həmçinin sual verirlər ki, Rusiyanın ABŞ-a və müttəfiqlərinə qarşı aqressiv hərəkətlərinə Tramp cavab verməyə hazırdırdırmı? Tramp Putini Obamadan daha yaxşı lider hesab edir. Keçən ilin martında o demişdi ki, NATO köhnəlib, ABŞ NATO üzvlərini yalnız o vaxt müdafiə edəcək ki, onlar hərbi xərclərini artırsınlar və ABŞ qarşısında öhdəliklərini yerinə yetirsinlər.

Almaniyadakı Xarici Əlaqələr Şurasının ABŞ-Transatlantik münasibətlər proqramının rəhbəri Henning Riecke deyir ki, Trampın prezidentliyi dövründə ABŞ Rusiyaya tərəf meyillənsə, bunun Avropanıntəhlükəsizliyinə birbaşa və təhlükəli nəticələri olacaq. Ekspertin sözlərinə görə, “Tramp NATO yükünü necə bölməyə yenidən baxsa, reallıqla toqquşacaq”.

“Bu, yəni, Amerikanın öz müttəfiqlərini qorumağı vəd etməsi Amerikanın superdövlət statusunun əsaslarından biridir”. Ekspert deyir ki, Qərbin müdafiəsində yaranan hər bir boşluğu və ya ziddiyyəti isə Rusiya doldurmağa və istifadə etməyə çalışacaq.

Moskva xüsusilə Mərkəzi Asiyayavə Şərqi Avropayadaha çox nüfuz eytmək üçün“NATO-nu və Avropa Birliyi nizamını laxlatmaqda hər şeyi etməyə hazırdır”. “Əgər Amerika prezidenti bunu Rusiyanın yerinə edirsə, Rusiya buna yalnız şad olardı”.

İran nüvə sazişi



İranla 2015-ci ilin nüvə sazişinə yenidən baxmaq üçün Trampın prezident kimi səlahiyyətləri kifayətdir. Həmin saziş İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların zəiflədilməsini nəzərdə tutur. Ancaq Riecke deyir ki, Trampın İranla nüvə sazişi bağlayanların hamısını yenidən masa arxasına gətirməyi çətin olacaq. Bunlar arasında Rusiya və Avropa Birliyi də var: “Bu cəhd İranda sərt xətt tərəfdarlarının xeyrinə olacaq. Bu da ola bilsin, sazişin ləğvinə gətirəcək vəİranın nüvə silahı düzltməsnin qabağını almağı daha da çətinləşdirəcək.”

Nüvə silahının yayılmaması



İŞİD yaraqlılarına qarşı nüvə silahından istifadəni istisna etməyi Trump rədd edir. Tramp həmçinin ehtimal edir ki, Cənubi Koreya və Yaponiya da öz nüvə silahlarını düzəltmək işinə başlaya bilərlər.

Riecke deyir ki, Trampın bu ritorikası nüvə silahının yayılmaması cəhdlərini laxladır. Ölkələr doğrudan da öz təhlükəsizliklərinə yenidən baxa və nüvə silahının onlara lazım olub-olmamasını araşdıra bilərlər.

Ətraf mühit



Tramp deyir ki, “qlobal istiləşməni çinlilər özləri üçün yaradıblar, məqsədləri ABŞ sənayesini rəqabət qabiliyyətsiz etməkdir”. ABŞ prezidenti kimi Tramp bu sahədə də dediklərini reallaşdıra bilər. O, vəd etdiyi kimi Paris müqaviləsindən ABŞ-ı çıxarda bilər. Paris müqaviləsi havaya buraxılan istixana qazlarına məhdudiyyət qoyur.

Trampın enerji və iqlimlə bağlı baxışlarını Respublikaçılar partiyasından olan qanunvericilər də bölüşür. Onlar iqlimlə bağlı federal tənzimləmə qaydalarını yumşaltmaq və azaltmaq istəyirlər. Tramp sərəncamlarla Alyaskanın və Şimal Buzlu Okeanının qorunan ərazilərində neft istehsalına başlamağa əmr verə bilər.O, həmçinin Obama dövründə dayandırılmış və Kanadadan gələn neft kəmərinin tikintisi məsələsini yenidən gündəliyə gətirə bilər.

İmmiqrasiya



Tramp vəd edir ki, ABŞ-a gələn 11,3 milyon sənədsiz miqrantı 2 ilin içində ölkədən çıxaracaq. O, məqsədli deportasiya qüvvəsinin yaradılmasını vəd edir, bunun da hədəfi ən azı 5 milyon adamdan ibarət olan qrupların çıxarılmasıdır.

Ancaq belə proqramın maliyyələşməsi Konqresin təsdiqini tələb edir. Bəzi Respublikaçılar bunun əleyhinədir. Çünki bu ideya ispan dilli seçicilərarasında qeyri-populyardır.Amerika Aksiyası Forumu adlı araşdırma mərkəzindən olan təhlilçilər bildirirlər ki, Trampın iki ilə 11 milyon immiqrantı çıxartmaq planı ABŞ-ın miqrasiya işçilərinin sayını və infranstrukturunu görünməmiş şəkildə şişirtdəcək.

Bundan başqa 11 miyon miqrantın çıxarılması ABŞ-ın ÜDM-nu 1,6 milyard dollar azaldacaq.Bu da iki ilin ərzində baş verəndə ölkəni birdən və dərin tənəzzülə sala bilər. Təhlilçilər Trampın Meksika ilə sərhəddə divar çəkmək və bunun pulunun ödənməsinə Meksikanı məcbur etmək planının reallaşmasına da şübhə edirlər. Meksika elan edir ki, bu divarın pulunu verməyəcək. “Washington Post” qəzetinin hesablamasına görə, bu divarın qiyməti 25 milyard dollar olacaq.

Tramp deyir ki, sənədsiz meksikalı immiqrantların evə göndərdikləri pulu müsadirə etmək olar. Ancaq təhlilçilərin fikrincə, Trampın bunun üçün tətbiq etmək istədiyi Amerika qanunu terrorçulara göndərilən maliyyəyə qadağan qoyur.

Trampın immiqrasiya məsələsində ziddiyyətli təkliflərindən biri də müsəlmanlara Amerikaya girişi müvəqqəti qadağan etməkdir. Tramp həmçinin qaçqın proqramlarını dayandırmağı da təklif edir. Ancaq bu iki təklifin hər ikisi məhkəməyə çıxarılacaq və məhkəmə çox uzun vaxt aparcaq.

Vergi ixtisarı



Tramp iqtisadi proqram təklif edir ki, bu proqram da indi ən yüksək həddi 35 faiz olan vergiləri 15 faizə endirməyə əsaslanır. Proqrama görə, biznesə verginin belə azaldılması iş yerləri yaradacaq, şirkətləri sərmayə qoymağa sövq edəcək. Respubliaçılar ümumiyyətlə vergi ixtisarını dəstəkləyirlər. Ancaq müstəqil vəeləcə də respublikaçı və demokratlardan ibarət iqtisadi qruplar var ki, bunun əleyhinədirlər.

Vaşinqtonda qərarlaşan Vergi Fondu adlı beyin mərkəzinin hesablamasına görə, Trumpın təklifi federal gəlirləri 5,9 trilyon dollar azalda bilər. Bundan başqa, iqtisadçıların fikrincə, Trampın təklifi reallqda varlıların vergilərini azaltmaqdır.

Oktyabrda Urban-brukings Vergi Siyasəti Mərkəzinin hesabatında Nyu York Universitetinin professoru Lily Batchelor yazırdı ki, Tramp planı uşağı olan milyonlarla kasıb və orta gəlirli ailələrin vergilərini əhəmiyyətli dərəcədə artırcaq.Vaşinqtonda qəralaşan digər QHT - Federal Büdcəyə Cavabdeh olan Komitənin hesabatına görə, Tramp planı ABŞ-ın xarici borcunu 2026-cı ilə 28,4 trilyon dollara çatdırcaq.

Ticarət razılaşmaları



Trampın iqtisadi proqramının bir hissəsi də onun bir sıra biznes müqavilələrinə baxışlarına əsaslanır. Tramp hesab edir ki, bu razılaşmalar ABŞ biznesi üçün dağıdıcıdır və yenidən baxılmalıdır. Tramp prezident kimi sərəncam verib, ABŞ-ı Trans - Sakit Okean Əməkdaşlığı və Şimali Amerika Azad Ticarət Sazişi adlı ticarət razılaşmalarından çıxarda bilər. O həmçinin Ticarət Departamentinə əmr verə bilər ki, Çin kimiölkələrə qarşı onlardan gələn malların bəzilərinə yeni tariflər qoysun.

Tramp Amerikanı Dünya Ticarət təşkilatından çıxartmaqla da hədələyir. Bu təşkilat ticarət qaydalarında və tariflərdə mübahisə olanda hakim rolunda çıxış edir. Trampın prezident kimi ABŞ-ı bu təşkilatdançıxartmağa səlahiyyəti çatır.

Moody reytinq agentliyinin təhlil bölməsinin baş iqtisadçısı Mark Zandi deyir ki, Tamp planı xarici ticarəti, miqrasiyanı, xarici investisiyaları zəiflətməklə ABŞ iqtisadiyyatını əhəmiyyətli dərəcədə zəiflədəcək. ("Azadlıq" radiosunun xülasəsi)


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler