» » İraq ordusu Mosul şəhərinə hücumları dayandırdı -

İraq ordusu Mosul şəhərinə hücumları dayandırdı - Qum fırtınasına görə (Yenilənib)

Bölmə: Dünya
İraq ordusu Mosul şəhərinə hücumları dayandırdı -

İraqın hökumət qüvvələri əlverişsiz hava şərti ilə əlaqədar Mosul şəhərinin İŞİD qruplaşmasından azad edilməsi əməliyyatını dayandırıb. Bu barədə İraq ordusunun xüsusi təyinatlı dəstələrinin generalı Heydər Fədil məlumat verib.

Interfax informasiya agentliyi xəbər verir ki, noyabrın 2-də Mosul qum fırtınasının təsirinə məruz qalıb. Nəticədə görmə şəraiti pisləşib, havanın nəmliyi artıb. Bununla əlaqədar hökumət qüvvələri hərbi əməliyyatlara ara verib. Hazırda şəhərdə sakitlik hökm sürür, ara-sıra atəş səsləri eşidilir.

ABŞ kəşfiyyatının məlumatına əsasən, şəhərdə 3,5 mindən 5 min nəfərədək İŞİD yaraqlısı var. Onlar hökumət qüvvələrinə güclü müqavimət göstərməkdə davam edir.

Xatırladaq ki, Mosul şəhəri uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də səhər saatlarında başlayıb. Əməliyyatlarda hökumət qüvvələri ilə yanaşı, kürd birləşmələri, həmçinin beynəlxalq antiterror koalisiyasının aviasiyası iştirak edir. İraqın ikinci böyük şəhəri olan, 1,3 milyon insanının yaşadığı Mosul iki ildən artıqdır ki, İŞİD qruplaşmasının nəzarəti altındadır.

* * *12:32

İraq ordusu Mosulun cənub hissəsində hücum əməliyyatlarına başlayıb.

Rusiyanın RenTV telekanalının verdiyi operativ məlumata əsasən, hücum şəhərin cənub hissəsindən başlayıb.

Ordu Hamam Alil rayonuna daxil olub. İraq aviasiyası Mosulun mərkəzinə hava hücumu təşkil edib və İŞİD-in silah anbarı dağıdılıb.

İraq ordusunun 100-ə qədər terrorçunu məhv etdiyi bildirilir.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler