» » Bu ölkəni böyük təhlükə gözləyir

Bu ölkəni böyük təhlükə gözləyir

Bölmə: Dünya
Bu ölkəni böyük təhlükə gözləyir

Malayziyanın xilasetmə xidməti ölkənin şərqində güclü daşqınların gözlənildiyi barədə xəbərdarlıq yayıb.

Xalqİnfo” Azərtac-a istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, daşqınlar nəticəsində 100 mindən çox insan zərər çəkə bilər. Oktyabrın 31-də “The Star” qəzetinin yazdığına görə, vəziyyət noyabrın ortalarında, yağışlı günlər başladıqdan sonra ağırlaşacaq.

Pahanq ştatında yerli hakimiyyət orqanları qaçqınların yerləşdirilməsi üçün artıq 700-dən çox müvəqqəti sığınacaq yaradıb və onların sayının ehtiyac yaranacağı təqdirdə artırılacağı bildirilir. Noyabrın ikinci yarısında başlanacaq yağışlı hava şəraitinin yanvara qədər davam edəcəyi təqdirdə, bir çox rayonlarda güclü daşqınlar və torpaq sürüşmələri gözlənilir.

Ölkənin digər ştatlarında da gözlənilən yağışlı hava şəraiti ilə bağlı hazırlıq işləri aparılır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler