» » “Rusiya Hələbi xarabalığa çevirdi” -

“Rusiya Hələbi xarabalığa çevirdi” - BMT-də Suriya müzakirəsi

Bölmə: Dünya
“Rusiya Hələbi xarabalığa çevirdi” -
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pover Rusiyanın Suriyada İŞİD-ə qarşı keçirdiyi hərbi əməliyyatların terrorizmlə mübarizə yox, barbarlıq olduğunu bildirib.

"Xalqİnfo" bildirir ki, Cebhe.info Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının konfransında çıxış edən Pover Hələbdə 275 min insanın Rusiyanın hərbi hücumlarının hədəfində olduğunu və son 3 gündə hava hücumlarında 139 nəfərin həyatını itirdiyini diqqətə çatdırıb: “Rusiyanın 150 hava hücumunda 139 insan həlak olub. Rusiya və Bəşər Əsəd sülh əvəzinə müharibəni seçir. Vətəndaşlara kömək üçün humanitar yardım, həkim göndərmək əvəzinə tibb işçilərini vururlar, mülki insanları qətlə yetirirlər, onlara kömək edənləri gülləbaran edirlər. Bu terrorizmlə mübarizə deyil, barbarlıqdır. Tarix Suriyada baş verənlərə görə, səssiz qalan BMT Təhlükəsizlik Şurası üzvlərini də yaxşı xatirələrlə yada salmayacaq”, - deyə amerikalı diplomat qeyd edib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Suriyada baş verən müharibəyə görə ABŞ-ı ittiham edib. Çurkin bildirib ki, ABŞ Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən terror təşkilatlarına yardım edir: “Hələbdə 200 mindən çox insan məhz ABŞ-ın dəstəklədiyi bu terror qruplaşmalarının əsiridir. Hələbdə humanitar yardım avtomobillərinə hücum edənlər rus hərbçilər deyildi. Biz bu məsələyə görə məsuliyyət daşımırıq. Rusiya Suriya müharibəsinin həll olunması üçün həmişə uzlaşma nöqtələrini axtarır”.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Metyu Rikroft isə Rusiyanın təkcə İŞİD və digər terror təşkilatları ilə yox, həm də Əsədə qarşı döyüşən suriyalı müxaliflərin mövqelərini də bombardman etdiyini deyib. Rikroftun sözlərinə görə, həmin hücumlar Hələbi darmadağın edib: “Rusiya Hələbi xarabalığa çevirdi. Rusiya və Əsəd rejimi Suriyadakı cinayətlərə görə, məsuliyyət daşıyır. Artıq heç kəs Rusiyanın sözünə inanmır, etibar etmir”.

Bəşər Əsədin BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri çıxış etməyə başlayan kimi ABŞ, Fransa və İngiltərəni konfransda təmsil edən heyət salonu tərk edib. Cəfəri çıxışında rejimin terrorçularla mübarizə apardığını və qadağan olunmuş silahdan istifadə etmədiyini iddia edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler