» » ABŞ-da növbəti silahlı

ABŞ-da növbəti silahlı İNSİDENT

Bölmə: Dünya, BLOK XƏBƏR
ABŞ-da növbəti  silahlı  ABŞ-ın Kaliforniya ştatının Oakland şəhərində silahlı hücum olub.

Xalqinfo.az Publika.az-ın xarici mediaya istinadənverdiyi məlumata əsasən xəbər verir ki, hücumda biri ağır olmaqla 6 nəfər yaralanıb.

Hücumda ağır yaralanan 16 yaşındakı qız və digər yaralılar xəstəxanaya yerləşdirilib. Qız xəstəxanada həyatını itirib.

"RİA-Novosti" agentliyinin məlumatına görə, insident iyunun 12-də gey-klubda baş vermiş terror aktı ilə bağlı keçirilən xatirə gecəsində baş verib. Atəşi kimin açdığı məlum deyil.

Qeyd edək ki, Oakland şəhəri ABŞ-ın ən çox cinayət törədilən şəhərlər siyahısında ikinci sıradadır. İlk yeri Detroyt şəhəri tutur.




Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler