» » Canlı efirdə jurnalist qızın qıçına əl atdı -Video

Canlı efirdə jurnalist qızın qıçına əl atdı -Video Video

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Canlı efirdə jurnalist qızın qıçına əl atdı -Video
Boliviyanın Santa Kruz şəhərinin bələdiyyə sədri Persi Fernandez efirdə qadın jurnalistin ayağına əllə toxunub.


“Xalqinfo” ANS PRESS-ə istinadən xəbər verir ki, Boliviyada Santa Kruz şəhərinin bələdiyyə sədri Persi Fernandez iştirak etdiyi televiziya proqramlarından birində əllə təcavüz etdiyi jurnalist Mersedes Quzmandan üzr istəyib. O, bu hərəkətilə jurnalisti hirsləndirmək istəmədiyini və yaranan xoşagəlməz söz-söhbətlərə görə təəssüfləndiyini söyləyib.

Televiziyada canlı olaraq yayımlanan görüntülərdə bələdiyyə sədrinin yanında əyləşən jurnalistin ayağına toxunduğu, ikinci tərəfin isə bundan narahat olaraq bələdiyyə sədrinin əlini uzaqlaşdırmağa çalışdırdığı görülür.

Proqramdan sonra Bolivyada çox sayda millət vəkili, jurnalist və qadın hüquqları müdafiəçisi 75 yaşlı bələdiyyə sədrinin həmin hərəkətini qınayıb.

Qeyd edək ki, jurnalist Quzmanın həyat yoldaşı isə Fernandezin cəmiyyətin qarşısında üzr istəməsini tələb etmiş, əks halda qanuni yollara müraciət edəcəyini açıqlamışdı.

XALQİNFO.AZ

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler