» » Qorbaçovun dəfnini Şoyqu öz üzərinə götürdü

Qorbaçovun dəfnini Şoyqu öz üzərinə götürdü

Bölmə: Dünya, BLOK XƏBƏR
Qorbaçovun dəfnini Şoyqu öz üzərinə götürdü
Moskva əyalətində Rusiyanın görkəmli vətəndaşlarının basdırılması üçün nəzərdə tutulmuş yeni qəbristanlıq açılıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu keçmiş SSRİ-inin ilk və son prezidenti Mixail Qorbaçovun həmin qəbristanlıqda dəfnini öz üzərinə götürüb. Buna görə o, Qorbaçovun dəfn olunacağı qəbristanlıqda olub.

ANS PRESS-in verdiyi məlumata görə, tanınmış insanların dəfn olunması üçün nəzərdə tutulan qəbristanlığın açılışında müdafiə naziri Serqey Şoyqu iştirak edib.

Məmurlar bildirib ki, nekropol 55 hektar sahəni tutur və 30 min ölünün basdırılıması üçün hesablanıb. Burada keçmiş SSRİ-in və Rusiyanın qəhrəmanları, SSRİ prezidenti, Rusiya prezidentləri, ölkənin baş nazirləri, nazirlər, tanınmış hərbçilər öz son sığınacaqlarını tapacaqlar.

Xatırladaq ki, Moskvada Novodeviçye qəbristanlığı yer olmadığından adlı-sanlı mərhumları daha qəbul etmir. Bu səbəbdən Mixail Qorbaçov cox guman ki, vəfat etdikdən sonra Raisa Maksimovnadan uzaq Moskva əyalətində yerləşən yeni qəbristanlığda dəfn olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler