» » Selfi çəkməkdi,

Selfi çəkməkdi, tətiyi çəkdi

Bölmə: Dünya
Selfi çəkməkdi, Rusiyanın paytaxtı Moskvada gənc qız selfi çəkərkən özünü silahla vurub.

Xalqinfo.az-ın məlumatına görə, mühasib işləyən 21 yaşlı Viktoriya ofisdə silahla selfi çəkdirmək istəyib. Bunun üçün o, mühafizəçidən tapançasını istəyib, o da razılaşıb. Viktoriya silahı başına dayayaraq selfi çəkən vaxt səhvən silahın tətiyini çəkib. Nəticədə qız başından ağır yaralanıb və xəstəxanaya aparılıb. Onun hal-hazırda reanimasiyada olduğu deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır. Silahına biganə yanaşan mühafizəçinin aqibəti isə hələlik bilinmir. Onun yalnız işdən çıxarıldığı deyilir. Etdiyi məsuliyyətsizliyə görə cinayət məsuliyyətinə cəlb olunub-olunmayacağı isə bilinmir.
Mənbə
ANSPRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler