» » Dünya gözləyən

Dünya gözləyən körpə

Bölmə: Dünya
Dünya gözləyən Böyük Britaniya kral ailəsi bu gün böyüyə bilər.Xalqinfo.az-ın məlumatına görə, kraliça II Yelizavettanın nəvəsi Uilyamın həyat yoldaşı, Kembric hersoqiniyası Keyt Midelton ikinci övladını dünyaya gətirmək üçün xəstəxanaya aparılıb.

Məlumata görə, hersoqiniya bu gün səhər saat 06:00-da doğuş əlamətləri ilə Müqəddəs Meri xəstəxanasına aparılıb. Saraydan verilən açıqlamada doğuşun normal getdiyi bildirilib.

Keyt Mideltonun xəstəxanada olduğunu eşidən sadə insanlar, o cümlədən mediya nümayəndələri xəstəxana önünə toplaşıb.

İngiltərə baş naziri Devid Kameron da sosial şəbəkədəki səhifəsində təbrik diləklərini çatdırıb. "Bu gün ikinci övladını dünyaya gətirəcək hersoqiniyaya ən xoş diləklərimi çatdırıram".

Qeyd edək ki, doğulacaq körpənin hələ cinsi açıqlanmayıb. Onun cinsi və adı ilə bağlı aylardır ciddi müzakirələr gedir, hətta mərc belə qoyulur. Çoxları onun qız olacağını gözləyir. Körpə taxt-tacın 4-cü varisi olacaq.

Keyt Midelton və şahzadə Uilyamın ilk övladı 2013-cü il iyul ayının 22-də doğulub. Onların Corc adlı oğlanları var.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler