» » Məşhəd İslamın mədəniyyət mərkəzi

Məşhəd İslamın mədəniyyət mərkəzi seçildi

Bölmə: Dünya, Mədəniyyət
Məşhəd şəhərinə hər il yerli və xarici olmaqla, 30 milyondan çox ziyarətçi gəlir Məşhəd İslamın mədəniyyət mərkəzi

"Xalqinfo" bildirir ki,İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, dünən İslam dünyasının mədəniyyət paytaxtı siyasət şurasının üzvlərinin iclasında danışan İran islami irşad və mədəniyyət naziri Əli Cənnəti İran İslam Respublikasının bu fürsətdən istifadə etməsi, öz mədəniyyət və mədəniyyətinin ölçülərini bütün dünyaya tanıtmasının lazımlığını söyləyib. İsfahan şəhərinin də 2006-cı ildə İslam aləminin mədəniyyət paytaxtı seçildiyini xatırladan Cənnəti indiyədək İslam aləminin mədəniyyət paytaxına ev sahibliyi edən ölkə və şəhərlərin bu barədəki təcrübələrindən istifadə etməyin lazımlığını bildirib. Əhli-beyt (ə) imamlarından İmam Rzanın (ə) mübarək türbəsinin yerləşdiyi və İslam aləminin ən mühüm mərkəzlərindən biri sayılan, hər il yerli və xarici olmaqla, 30 milyondan çox ziyarətçinin ziyarət etdiyi Məşhəd şəhəri İranın şimal-şərqində yerləşir və Xorasan əyalətinin mərkəzi sayılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler