» » Səudiyyə Ərəbistanı İranın tələbini rədd etdi

Səudiyyə Ərəbistanı İranın tələbini rədd etdi

Bölmə: Dünya
Səudiyyə Ərəbistanı İranın tələbini rədd etdi"Biz istəyərək Yəmənə gəlməmişik"
"İran Yəməndə hakimiyyətdə deyil".

anspress-in məlumatına görə, Riyadda keçirilən mətbuat konfransında bu sözləri deyən xarici işlər naziri Səud Əl-Feyzal əlavə edib ki, Səudiyyə Ərəbistanı İranın tələblərini rədd edərək qonşu yəməndə husi silahlılarına qarşı hava bombardmanlarını davam etdirəcək.

O, deyib ki, biz istəyərək Yəmənə gəlməmişik:

“Biz Yəmənə legitim hakimiyyətə köməyə, Yəmən prezidenti Əbd-Rabbu Mənsur Hadinin hökumətini bərpa etməyə gəlmişik”.

Qeyd edək ki, İranın ali dini lideri Ayətullah Əli Xamneyi keçən həftə bildirmişdi ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın başlatdığı hava hücumları cinayət və soyqırımdır.

Xatırladaq ki, Yəmən prezidenti ölkədə xaos qalxandan sonra Səudiyyə Ərəbistanına qaçıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler