» » İstanbulda sabiq prezidentlərin toplantısı keçirildi

İstanbulda sabiq prezidentlərin toplantısı keçirildi

Bölmə: Dünya
İstanbulda sabiq prezidentlərin toplantısı keçirildiNizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə İstanbulda təşkilatın üzvü olan sabiq prezidentlərin toplantısı keçirilib. Toplantıda Türkiyənin 11-ci prezidenti Abdulla Gül, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku, Latviyanın sabiq dövlət başçısı Valdis Zatlers, Bolqarıstanın keçmiş prezidenti Petar Stoyanov, Moldovanın sabiq Pprezidenti Petru Luçinski və Albaniyaya rəhbərlik etmiş Bamir Topi iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən trend-ə verilən məlumata görə, görüşdə regional layihələr, enerji təhlükəsizliyi və bu məsələlərdə Azərbaycanın əhəmiyyəti, bölgədə cərəyan edən proseslərdə Türkiyənin rolu, Avrasiya qitəsində təhlükəsizliklə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sabiq prezidentlər eyni zamanda aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunu da geniş müzakirə ediblər. Müzakirələr zamanı bəşəriyyəti narahat edən qlobal problemlərin həlli yollarının tapılması baxımından tədbirin vacibliyi xüsusi vurğulanıb.

Qeyd olunub ki, dünya siyasətinin müəyyənləşməsində böyük rolu olan liderlərin beynəlxalq forumda iştirakı onun əhəmiyyətini daha da artırır.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən III Qlobal Müştərək Cəmiyyətlər Forumunda 75 ölkədən əksəriyyəti sabiq dövlət və hökumət başçısı olmaqla 350-yə yaxın qonağın iştirakı gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler