» » Yeni baş nazir Bibliyaya and içməkdən imtina etdi-

Yeni baş nazir Bibliyaya and içməkdən imtina etdi- Yunanıstanda

Bölmə: Dünya, BLOK XƏBƏR
Yeni baş nazir Bibliyaya and içməkdən imtina etdi-

Yunanıstanda Radikal Solçu Qüvvələr Koalisiyasının (SİRİZA) lideri Aleksis Sipras baş nazir qismində andiçmə mərasimində Bibliyaya and içməkdən imtina edib.

"Trend"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunun əvəzinə o, vətəndaş andı içib.

Yeni baş nazir deyib: "Cənab prezident, sizi əmin edirəm ki, Yunanıstan xalqının maraqlarına uyğun olaraq həmişə konstitusiyaya və qanunlara əməl edəcəyəm".

Qeyd edək ki, ötən gün Yunanıstanda keçirilmiş parlament seçkilərində Radikal Solçu Qüvvələr Koalisiyası parlamentdə 149 yer əldə edib. Hökuməti təkbaşına formalaşdırmaq üçün SİRİZA-nın iki mandatı çatmayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler