» » 15 min litr dizeli sok butulkasında satmaq istədi

15 min litr dizeli sok butulkasında satmaq istədi

Bölmə: Dünya
15 min litr dizeli sok butulkasında satmaq istədiİranın İslamşəhər şəhərində dizel yanacağı qaçaqmalçılığı ilə məşğul olan iki nəfər həbs olunub. Bunu şəhər polis idarəsinin rəisi İbrahim Həsənabadi deyib. Bu barədə trend İran "Young journalist club"-ın saytına istinadən məlumat verir.

Onun sözlərinə görə, ilkin araşdırma zamanı məlum olub ki, qaçaqçılar qeyri-qanuni yolla 15 min litr dizel yanacağı əldə edərək 10 min ədəd 1,5 litrlik sok butulkalarına doldurublar.

İ.Həsənabadi qeyd edib ki, həbs olunan iki nəfər dizel yanacağını Dezful şəhərindən əldə etdiklərini və Əfqanıstana apararaq orada satmaq istədiklərini bildiriblər.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler