» » "AirAsia" təyyarəsinin burun hissəsinə aid fraqment tapıldı

"AirAsia" təyyarəsinin burun hissəsinə aid fraqment tapıldı

Bölmə: Dünya
"AirAsia" təyyarəsinin burun hissəsinə aid fraqment tapıldıİndoneziyanın “Geo Survei” axtarış gəmisi dənizin dibində “AirAsia” aviaşirkətinə məxsus təyyarənin burun hissəsinə aid ehtimal edilən fraqmenti aşkarlayıb.

apa-nın “Detik News”a istinadən verdiyi məlumata görə, axtarış qrupunun rəhbəri Məhəmməd Ağa bildirib ki, obyekt təyyarənin quyruq hissəsinin aşkar edildiyi yerdən 30 metr aralıda tapılıb.

Hələlik aşkar edilən fraqmentin doğrudan da “AirAsia” təyyarəsinə aid olub-olmadığı sübuta yetirilməyib.

Xatırladaq ki, Sinqapur istiqamətində uçan Airbus A320-200 təyyarəsi dekabrın 28-də Yava dənizi akvatoriyasında yoxa çıxıb.

Təyyarədə 155 sərnişin və 7 nəfər ekipaj üzvü olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler