» » Ceki Çanın oğlu həbs edildi -

Ceki Çanın oğlu həbs edildi - FOTO

Bölmə: Dünya
Ceki Çanın oğlu həbs edildi - Hollivudun məşhur ulduzu Ceki Çanın 32 yaşlı oğlu Ceysi Çan həbs cəzası alıb.

aznews.az xəbər verir ki, o, narkotika saxladığına görə ittiham edilib.

“France Presse” agentliyinin məlumatına görə, Pekin məhkəməsi Ceysini 6 aylıq azadlıqdan məhrum edib.

“Məhkəmə prosesi 1.5 saat çəkdi. O, həbsdə qalmaqla yanaşı 320 dollar da cərimə ödəməlidir”, - deyə məhkəmədən bildiriblər.

Qeyd edək ki, Ceysi Çan ötən ilin sentyabrında öz dostu, Tayvanın ünlü kino aktyoru 23 yaşlı Ke Çjendunla birgə tutulub. Polis Ceysinin evində axtarış apararkən 100 qram marixuana aşkar edib.

Ceki Çan isə oğluna görə ictimaiyyətdən üzr istəyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler