» » Obama dediyin etmədi

Obama dediyin etmədi

Bölmə: Dünya
Obama dediyin etmədiObama administrasiyası keçən ili Kuba körfəzindəki Quantanamo həbsxanasından daha çox məhbus çıxarmaqla başa vurdu.

Xalqinfo.az-ın məlumatına görə, dekabr ayının 30-da Pentaqon 3 yəmənli və 2 tunislini Quantanamodan Qazaxıstan həbsxanasına köçürdü.

Orta Asiya ölkələrindən olan 5 nəfəri Qazaxıstana göndərməklə Obama administrasiyasının 2014-cü ildə Quantanamodan çıxardığı məhbusların sayı 28-ə çatdı ki, bu da 2009-cu illə müqayisədə xeyli çoxdur.

Obama administrasiyasının məhbusların köçürülməsini nə dərəcədə sürətləndirəcəyi sualına Ağ Evin mətbuat katibi Coş Ernest belə cavab verib: “Mən ancaq onu deyə bilərəm ki, administrasiya üçün Quantanamoda olan bütün məhbusları köçürmək prioritet olaraq qalacaq.”

Qeyd edək ki, Barak Obama 2009-cu ildə hakimiyyətə gələndə, tərəddüd etmədən bu həbsxananın bağlanacağına söz vermişdi. 2013-cü ilin mayında Milli Müdafiə Universitetində anti-terror çıxışında Obama Quantanamonu dünyada Amerikanın qanun aliliyinə hörmət etməməsinin simvolu kimi təsvir etmişdi. “Mənim administrasiyamın Əl-Qaidə rəhbərliyinə qarşı amansız mübarizəsini nəzərə alsaq, Konqresin bu obyekti bağlamağı əngəlləməsinə əsas yoxdur."
Birləşmiş Ştatların 127 məhbusun təxminən yarısının həbsxanadan rəsmiləşdirilmiş şəkildə azad edilməsi yolunda iş apardığı bir vaxt, Quantanamonun boşaldılmasına əsas maneələrdən biri 2010-cu ildə məhbusların ABŞ-a köçürülməsinə qoyulan qadağadır.

Vaşinqton İnstitutunun Yaxın Şərq Siyasəti şöbəsindən Mətyu Levitt ABŞ-ın Quantanamo həbsxanasındakı məhbus məsələsini əvvəldən siyasiləşdirdiyini deyir. “Mən bizim məhkəmə sistemimizin effektiv olduğunu düşünürəm. Mən bizim həbsxana sistemimizin də effektiv olduğunu düşünürəm. Hesab etmirəm ki, onların ölkədə saxlanması amerikalıları indikindən daha böyük riskə ata bilər. Bu məsələ artıq siyasi futbola çevrilib.”

Beləliklə, əgər orada qalan məhbusları saxlamaqla Quantanamo bağlanmazsa, bu, həbsxanaya baha başa gəlir. Çünki hər məhbusa ildə 3 milyona yaxın dollar xərclənir.

Levitt deyir ki, qanunvericilər Quantanamonu izafi xərclərə görə yox, mənəvi səbəblərə görə bağlamalıdırlar.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler