» » İran XİN başçısının müavini Bakıya gələcək

İran XİN başçısının müavini Bakıya gələcək

Bölmə: Dünya
İran XİN başçısının müavini Bakıya gələcək"İran xarici işlər nazirinin müavini və İslam Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Elm və araşdırmalar idarəsinin rəhbəri Hadi Süleymanipur Azərbaycana səfər edəcək".

Bunu trend-ə eksklüziv açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin bildirib ki, H.Süleymanipur Azərbaycan xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin dəvəti ilə yanvarın 21-22-də Bakıda səfərdə olacaq.

Səfir qeyd edib ki, səfər zamanı ADA Universiteti və İran XİN-in Elm və araşdırmalar idarəsi rəsmiləri arasında müzakirələr aparılacaq: "İki ölkə arasında tələbə və müəllim mübadiləsi və digər məsələlər müzakirə olunacaq. Həmçinin, əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gözlənilir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler