» » Qaraçuxurda məscidi kim yandırıb?

Qaraçuxurda məscidi kim yandırıb?

Bölmə: Din
Qaraçuxurda məscidi kim yandırıb?
Qaraçuxurda məscidin qəsdən yandırılması barədə şikayət daxil olub

Qaraçuxurda məscidin qəsdən yandırılması barədə Suraxanı rayon Polis İdarəsi 32-ci polis bölməsinə məlumat daxil olub.

Suraxanı rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, bu barədə məscidin gözətçisi şikayət edib.

Məscidin gözətçisi ifadəsində iki naməlum şəxsin məscidə daxil olaraq yanğın törətməyə cəhd göstərdiyini deyib. O, məsciddə yanğın barədə xəbər verdikdən sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb.

Polis hadisənin iki naməlum şəxs tərəfindən törədildiyini ehtimal edir. Müşahidə kameraları vasitəsilə həmin şəxsləri məscidə gətirən taksi sürücüsü müəyyənləşdirilib. İndi onun ifadəsi əsasında həmin şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar başlanıb.

Qeyd edək ki, bu gecə saat 02 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Qaraçuxur məscidində yanğın baş verib. Ümumi ərazisi 300 kv. Olan məscidin 5 km.m-də xalça və palaz yanıb.
Hadisə yerinə 3 yanğınsöndürən cəlb olunub. Alov qısa vaxt ərzində söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler