Dində belə vəhşilik yoxdur - İlham Əliyev+Video![]() Azərbaycanın tolerantlığa bir nümunə olması prezident İlham Əliyevin konfransda iştirak etmək üçün Bakıya gələn Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə də əsas müzakirə mövzusu olub. ANS TV-nin məlmatına görə, İlham Əliyev bəyan edib ki, Azərbaycanda bütün tarixi məscidlər bərpa olunub, son illər ərzində yüzlərlə yeniləri tikilib. Lakin Ermənistan Azərbaycana məxsus məscidləri dağıtmaqla vandalizm siyasəti yeridir. "Ancaq ürək ağrımız odur ki, işğal edilmiş ərazilərdə, Dağlıq Qarabağda, Şuşada məscidlər dağıdılıb. İnternetdə fotoşəkillər də var. Erməni işğalçı qüvvələri, həmçinin Ağdam məscidini və bir çox digər məscidləri dağıdıblar. Bakıda isə biz erməni kilsəsini bərpa etmişik. Şəhərin mərkəzindədir. Hamı baxa bilər. Bax, bu, kimin hansı niyyətlərlə yaşadığını göstərir. Sizin müzakirə etdiyiniz mövzunun nəticəsi bax, elə budur - tolerantlıq. Hətta müharibə şəraitində bəşəri və dini normaları pozmaq olmaz. Təəssüf ki, biz bununla qarşılaşırıq. Dağıdılmış məscidlərimiz vandalizmin sübutudur. Digər hallarda da ümumbəşəri davranış və mənəviyyat normaları elə bu cür pozulub”, deyə İlham Əliyev bildirib. Ölkə başçısı buna misal olaraq bir neçə il əvvəl Milli Qəhrəman Mübariz İbraimovun meyitinin bir neçə ay qaytarılmamasına diqqəti çəkib. İlham Əliyev vurğulayıb ki, heç bir dində belə vəhşilik yoxdur. Ölkə başçısı bildirib ki, belə epizodlar Qafqazdakı vəziyyəti ağırlaşdırır. |
XƏBƏR LENTİ
17.02.19 13:42 | Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.19 13:40 | Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar yağacaq
17.02.19 13:35 | Tramp yeni Suriya mesajı verdi, Avropadan dəstək istədi
16.02.19 21:40 | Zakir Həsənov BƏƏ-yə yola düşdü
16.02.19 21:36 | Daha 318 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
16.02.19 18:51 | 2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
16.02.19 18:21 | Nazirlər münaqişənin tənzimlənməsindən danışdılar
16.02.19 18:09 | "Provakasion çəkilişlərə əhəmiyyət verməməyə çağırırıq" -
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
16.02.19 18:05 | Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib
16.02.19 18:03 | "Düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır" -
Rusiya azərbaycanlılarından BƏYANAT
Rusiya azərbaycanlılarından BƏYANAT
|