» » Kasıb adamın salamını almamaq dində necə qarşılanır?

Kasıb adamın salamını almamaq dində necə qarşılanır?

Bölmə: Din
Kasıb adamın salamını almamaq dində necə qarşılanır?
Dinimizə görə salam vermək sünnə, almaq isə vacibdir və bu zaman varlı-kasıb deyə fərq qoymaq olmaz.

Xalqinfo.az xəbərinə görə, Salamı almayan günah qazanır. Uca Allah salamı geri qaytarmağı əmr edərək buyurur: "Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir". (ən-Nisə, 86). Milli.Az zikr.az-a istinadən bildirir ki, həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Müsəlmanın müsəlman üzərində altı haqqı var. Orada olanlar dedilər: "Ey Allahın elçisi, onlar hansılardır?" O buyurdu: "Onunla qarşılaşdıqda salam ver. Səni dəvət etdikdə qəbul et. Səndən nəsihət istədikdə nəsihət ver. Asqırıb "Əlhəmdulilləh" (həmd olsun Allaha) deyəndə sən də ona "Yərhəmukəllah" (Allah sənə rəhm etsin) de. Xəstələndikdə ziyarət et. Vəfat etdikdə cənazəsini müşayiət et". (Muslim, 2162).
Əgər salamı almayan şəxs bunu təkəbbür səbəbilə edirsə, daha böyük günah qazanır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qəlbində zərrə qədər təkəbbür olan Cənnətə girməz". (Muslim). Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) "Təkəbbürlük nədir, ey Allahın Elçisi?"soruşduqda, o (salləllahu aleyhi və səlləm) belə dedi: "Haqqı dan­maq və insanlara xor baxmaq­dır". (əl-Buxari: "Ədəbul-Mufrad". 548).

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler