» » Bəzi alimlər niyə Allaha inanmır?

Bəzi alimlər niyə Allaha inanmır?

Bölmə: Din
Bəzi alimlər niyə Allaha inanmır?
(DİN VƏ ELM: RƏQABƏTDƏN ƏMƏKDAŞLIĞA)

Qurani-Kərimin “Bəqərə”surəsinin 164-cı ayəsində bəyan edilir: “Həqiqətən, ağıl sahiblərindən ötrü, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ramedilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində əlamətlər vardır”.

Fatir” surəsinin 28-ci ayəsində bəyan edilir: “İnsanların, heyvanların və davarların da müxtəlif növ və rənglərdə olanları vardır, belədir. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar”.

Həcc" surəsinin 54 -cü ayəsində bəyan edilir: “Və elm verilən kəslər də bilsinlər ki, haqq sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!”.

Nusa” surəsinin 162-ci ayəsində bəyan edilir: “Lakin onların elmdə qüvvətli olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!”.
“Hus”surəsinin 116-cı ayəsində bəyan edilir: “Bəs nə üçün sizdən qabaqkı insan cmiyyətlərindən – onların xilas etdiyimiz az bir qismindən başqa - yer üzündə fəsad törətməkdən çəkindirən ağıl və düşünçə sahibləri olmadı. Zülm edənlər öz keflərini və eyş işrətlərini davam etdirdilər və onların hamısı günahkar idilər”.

Yusuf” surəsinin 2-ci ayəsində bəyan edilir: “Həqiqətən, Biz onu ərəbçə bir Quran şəklində nazil etdik ki, bəlkə düşünəsiniz və ağılla dərk edəsiniz”.

Bu ayələrdən görünür ki, hec bir din İslam dini qədər alimlərə ünvanlanmayıb və heç bir din Qurani-Kərim qədər insan ağlına, düşüncəsinə hesablanmayıb. Qurani-Kərimin ilahi bilgiləri əsl ağıl sahiblərinə, elmdə qüvvətli olan alimlərə, ünvanlanmış və bu bilgilərin doğruluğunu yalnız onlar dərk etdiyindən, ilk növbədə İslam dininə onlar iman gətirməli, Allahdan onlar qorxmalı və buna görə də başqalarını da fəsad törətməkdən çəkindirməlidirlər. Buradan aydın olur ki, Qurani-Kərim alimlərə üstünlük verdiyi kimi, onları həm də ictimai işlərdə vəzifələndirir. Ədalətli hakimiyyət və sağlam cəmiyyət quruculuğundan onların üzərinə ciddi öhdəliklər qoyur. Amma təcrübədən aydın olur ki, əqli elmlərdə, dünya şöhrəti qazanmış alimlər də daxil olmaqla, əksər alimlər dinə iman gətirmir və Allahın varlığını inkar edirlər. Niyə? Bu sualın yalnız iki cavabı ola bilər: ya dinə inanmayan alimlərin əksəriyyəti əsl ağıl sahibi deyil, ya da elmdə qüvvətli deyillər. Buradan da məntiqlə sübut olunur ki, dinə inanmayan alimlərin dinə iman gətirməməsi və Allahın varlığına inanmamaları dini bilgilərin doğruluğu və düzlüyü ilə yox, onların özlərinin ağıllarının vəziyyəti və elmi səviyyələri (gücləri) ilə və ya dini bilgiləri anlamaq üçün yetərli dəlillərə malik olmamalari ilə bağlıdır.

Elmlə din arasında əlaqə bəşər tarixinin ən ciddi problemlərindən biri kimi meydana çıxmışdır. Dinlə elmin münasibəti müxtəlif dinlərdə, müxtəlif dövrlərdə fərqli olmuşdur. Musəvilikdə din yəhudilərin xeyrinə məqsədəyönlü təhrif edildiyindən, elmin kriteriyası kimi mənfəət əsas götürülmüş və nəticədə mənfəət elmləri, o cümlədən paralogiyalar inkişaf etmişdir. Paralogiyalar formaca elm, məzmunca xürafatdan ibarətdir. Buradan, Tövrata paralel olaraq yəhudilər Talmud və Tora yartmışdır. Bu gün də mənffət elmlərinin əksəriyyətinin müəllifi yəhudi mənşəli alimlərdir.

Xristianlıq dini anlamağın təhrifindən meydana çıxdığından, elmlə din barışmaz zidiyyətdə olmuş, orta əsrlərdə din elmi, yeni əsrdə elm dini inkar etmişdir.
İslam dini elan olunan gündən Qurani-Kərim dinə iman gətirməyə paralel olaraq, insanları elm öyrənməyə dəvət etmişdir. Bu islamın təriqət və məzhəblərə parçalandığı vaxta qədər belə davam etmiş, elm dinin, din elmin inkişafında iştirak etmişdir. İslam dininə görə, həm dini elm, nəqli elm - hikmət, həm də bəşəri elm, əqli elmlər – dünyəvi elmlər bir mənbədən Allah-təala tərəfindən insanlara verilmişdir. Bu da dinlə elmin bir mənbədən çıxan iki işıq olduğunu sübut edir. Sadəcə əqli elmlər mələklər tərəfindən beyinlərə, nəqli elmlər Allah-təala tərəfindən qəlblərə verilmişdir və əqli elmlər bu dünyanın aşkar bilgilərini, nəqli elmlər bu dünyanın gizlin və axirət aləminin qeyb (aqnostik) bilgilərini öyrətdiyinə görə zahirən fərqlilik təşkil edirlər.

Dinlə elmin birgə öyrənilməsi Qurani-Kərimdə hər bir müsəlmanın qarşısında ilahi öhdəlik kimi qoyulmuşdur. Nəticədə, klassik İslam alimləri həm elm sahəsində misilsiz nailiyyətlər əldə etmiş, həm də böyük teoloqlar kimi tarixə düşmüşlər. Bura İbn Sina, Nəsrəddin Tusi, Biruni, Ömər Xəyyam, Uluqbəy, Xətib Təbrizi, Fərabi, Kindi kimi nəhəng İslam alimlərini göstərmək olar. Məsələn, məhz buna görədir ki, İbn Sina yalnız məşhur tibb alimi deyil, o, Aristotelin “Metafizika”sına şərhin müəllifi olmaqla yanaşı, İslam dini ilə bağlı yazdığı bir çox ciddi əsərlərin müəllifidir və ruhani aləmdə tanınmış din xadimi kimi qəbul edilir. Digər İslam alimləri üçün də eyni keyfiyyətlər xasdır. Buradan Qərb elmindən fərqli olaraq İslam elminin universal elm olduğu sübut olunur.

Təriqət və məzhəblər İslamda xurafata meyllənməyə təkan verdiyindən, orta əsrlərdən başlayaraq İslam dini də dünyəvi elmdən uzaqlaşmışdır...
İslam aləmində elmin inkişaf etdiyi vaxtlarda Qərbdə kilsə alimləri tonqalda yandırır, elmi ideyaları bidət elan edirdi. Yalnız din dövlətdən ayrıldıqdan və feodalizmdən kapitalizmə keçiddən sonra Qərbdə də elm inkiaş etməyə başladı və çox təəssüf ki, dindən tam ayrıldığından səhv yolla inkişaf etdi. Qərb elmini İslam elmindən fərqləndirən əsas cəhət “dar ixtisaslama”dan - elmin sahələrə ayrılmasından ibarətdir. Dar ixtisas elmi həqiqətin ayrıca bir hissəsini öyrəndiyindən, elmdən daha çox məlumat kefiyyətinə malik olmuşdur. Düzdür, yüz il ərzində Qərb elmi dünyanın simasını dəyişdirməyə nail olmuş, amma əvəzində dünyanın idrakında, ekologiyada və insanlaşmada ciddi problemlər doğurmuşdur. Qabaqcıl Qərb mütəfəkkirləri bu vəziyyətdən yeganə çıxış yolunu ensklopedik elm erasına keçiddə görürlər, hansı ki, İslamın elm anlayışına uyğundur.
Bəzi alimlər niyə Allaha inanmır?







Qurani-Kərimə görə, əqli elmlər ilahi elmə dəlil təqdim etmək vəzifəsini yerinə yetirir, hikmət həmin dəlillər əsasında aşkarlanmış həqiqətlərin doğruluğunu sübut edir. Elm nəticələrlə bağlı biliyi öyrənir, din səbəblərlə bağlı bilikləri öyrədir. Müasir Qərb elmləri özləri özlərindən həm dəlil verir, həm də həmin dəlil əsasında sübutetmə ilə eyni vaxtda məşğul olduğundan, bəzi elmi həqiqətlər döğru, bəziləri yanlış olur və sahə elmləri bir-birindən fərqli biliklər verməklə gerçəkliyin tam dərkinə mane olurlar. Bu da Qərb elminin dinlə zidiyyətinin əsasını təşkil edir. Dini biliklər tam biliklər - mütləq həqiqətin biliklərindən ibarətdir. Müasir elm böyük üstünlüklə “Qərbə” - xristian qövmünə aid olduğundan, müasir elm ümumiyyətlə dinlə zidiyyət təşkil edir və əksər Qərb alimləri birmənalı şəkildə dini inkar edir.

Elmlə dinin qeyri-sağlam rəqabəti bir tərəfdən dini ideyalara inamı sarsıtmış, digər tərəfdən elmi mənfəətin dairələrinin əsirinə çevrilməsinə və ticari elmin inkişafına səbəb olmuşdur. Müasir Qərb elmi mənfəət üzərində inkişaf etdiyindən faydalılıq əmsalı sıfra bərabər olmuş, bu da ekoloji və humanitar fəlakətlərə yol açmışdır. Bunu belə bir fakt sübut edir ki, məhz Qərbdə elm kapitalizmin inkişafından sonra özünə dayaq tapmış və kapitalizm elmi dindən müdafə edən sipərə çevrilmiş, elm isə kapital artımına xidmət etdirilmişdir.

Azərbaycanda da alimlər arasında ateistlər başqa kəsimlərlə müqayisədə böyük həcm təşkil edir. Bu da Azərbaycan cəmiyyətində mənəviyyat, ruhaniyyat, o cümlədən dövlətçilik problemlərini yaradan əsas amillərdən biri kimi çıxış edir. Həm din, həm elm həqiqətə iddia etdiyindən, “kim haqlıdır” və “dinlə elmin əlaqəsi necə olmalıdır”, - sualları meydana çıxır?

XX əsrin birinci yarısında dünya şöhrətli, görkəmli rus təbətşünası və mütəffəkiri, biosferin tədricən inkişaf edərək noosferaya keçidi haqqında ciddi elmi tədqiqatların və təbiətşünaslıq elminin tarixi inkişafına həsr edilmiş “Elmi fikir planetar təzahür kimi” adlı kitabın müəllifi V.İ.Vernadski, Rusiya Tavr elmi asosasiyasının 27 oktyabr 1920-ci il tarixində keçirilmiş qurultayında, “Rus ziyaliları və yeni Rusiya” mövzusunda çıxışında demişdir: “Tarix göstərir ki, elmi bilik nahiyyəsindəki insan fikri yeniliyə yalnız onda çata bilər ki, elmi yaradıcılıq ideyaları dini yaradıcılıqla yanaşı, inkişaf etsin”. Məncə, elmlə dinin əlaqəsinə Vernadski qədər heç kəs dəqiq və düzgün qiymət verməmişdir və Vernadskinin fikirləri İslam dininin elmə münasibətini demək olar ki, kopyalamışdır. Vernadskinin bu çıxışından on illər sonra, Qərb aləmində xristianlığın tənəzzülü və Qərb elminin anti-humanist mahiyyət alması ilə bağlı olaraq, elmlə dinin əlaqələri məsələsinə yenidən baxılması ilə bağlı ideyalar meydana çıxmağa başlamışdır. Vernadski öz fikirlərində nə qədər haqlı olmuşdur? Yəni doğrudan da elmlə din qarşılıqlı inkişafda olmalıdır? Tarixi təcrübə göstərir ki, hər şeydən əvvəl elmlə dinin ziddiyyəti ilk növbədə hər ikisinin düzgün inkişafina mane olmuşdur. Belə ki, dində nəhəng elmi potensial, elmdə ruhaniliyin mahiyyətini aydınlaşdıran nəhəng elmi faktlar saxlanmaqdadır. U.Arntc yazır: “Nəhəng suallar ona görə nəhəngdir ki, bizim reallığımızın üfüqlərini sərhədsiz olaraq genişləndirir və inkişafın sonsuz sayda variantlarını təqdim edir. Onlar ona görə sual şəklindədir ki, məlumun sərhədlərindən kənardan gəlir. Orada nəhəng cavablar nahiyyəsi yerləşir. Bu, sərhədlərə daxil olmaq üçün dəyişmək zəruridir”. Bu nəhəng cavablar dinin elan etdiyi bilgilərdə insanlara elmi formadan fərqli şəkildə öyrədildiyindən, alimlər belə nəhəng cavabları tapmaqda hələ də çətinlik çəkirlər.

Dini bilgilər səmavi kitablardan, elmi bilgilər xarici seyr olunan bu dünyadan – Kainatdan və insanın özündən əldə edilir. Qurani-Kərimdən görünür ki, əslində ilahi elm bir-birindən fərqli iki üsulla, ilahi bilik - sözlə, dünyəvi biliklər - maddi ifadə yolu ilə insanlara bəyan edilir. Buradan belə bir sual meydana çıxır. Doğrudanmi, Kainat da Qurani-Kərim kimi bir kitabdır və ya doğrudanmı, Qurani-Kərim Kainat kimi bir aləmdir? Məşhur alim Qalileo Qaliley yazır: “Nəhəng kitabda – Kainatda fəlsəfə qoyulmuşdur. Bu kitab həmişə bizim seyrimizə açıqdır və oxumaq üçün əlçatandır. Amma onu o vaxta kimi anlamaq olmaz ki, siz onun yazıldığı dili öyrənməyəsiniz. Bu dil riyazi dildir, kitabin hərfləri üçbucaq, dairə və digər həndəsi füqurlardır. Əgər insan onu oxumağı öyrənməyəcəksə, o, biliksizliyin qaranlı labirintlərində əbədi olaraq azacaq”. Allah-təala da Qurani-Kərimdə azanların - doğru yolda olmayan, düzgün düşünməyən və düzgün davranmayan insanlar olduğunu bəyan edir və insanları Kainatdakı dəlillərə diqqət etməyə - dünyəvi elmləri öyrənməyə çağırır. Dinə görə, Kainat Qurani-Kərimdə bəyan edilən mühakimələrin doğruluğunun sübut edilməsinin dəlillərini təqdim edir. Dəlil sübut tələb etməyən həqiqəti özündə ifadə edən ən kiçik idrak obyektidir. Buradan da, əslində aydın olur ki, elmlə din əməkdaşlıq etməlidir. Əks halda din öz mühakimələrinin sübutları üçün dəlil, alimlər tapdıqları dəlillər əsasında nəyisə sübut edə bilməyəcəklər.

Müasir Qərb alimlərindən Maysil Ledvuit elmlə din arasındakı münasibətlə bağlı yazır: “Elmlə ruhanilik arasındakı uçurum bizə bu gün çox böyük təsir göstərir. Rəsmi elm aləminin təmsilçiləri mənəvi təlim haqqında çox az şey bilirlər. Bədbəxtçilikdən kilsə xadimləri də müasir elmi nailiyyətlərlə maraqlanmır. Buna görə də, faktiki olaraq hər iki tərəf bir-birinə atəş açmaqla məşğuldur. Baxmayaraq ki, dünyanın elmi təsəvvürü və həqiqətin ruhani idrakı - sadəcə reallığa baxışda bir-birini qarşılıqlı tamamlayan üsuldur”. Digər bir tədqiqatçı ssenarist Uill Arnts isə belə yazır: “Əgər elm və ruhanilik sonsuz reallığın təbiətini tədqiq edirsə, onların yolu sonda kəsişəcəkdir… İnsan tərəqqisinin tarixi öyrədir ki, inkişaf yalnız onda mümkündür ki, həqiqət axtarışına insan biliyinin daha və daha çox sahəsi cəlb olunsun. Elm və ruhanilik əməkdaşlıq etməlidir, nəinki rəqabət aparmalıdır”. Doğrudan da bu gün çoxlu sayda dünyəvi və dini elmlər bir-birindən ayrılıqda inkişaf etdirildiyindən, məlumun sərhədlərindən kənardakı həqiqətləri idrak etmək çətinlik yaradır.

(Ardı var)


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler