» » “İŞİD-çilər Həzrəti Əlini (əs) öldürən xaricilərin davamçılarıdır”

“İŞİD-çilər Həzrəti Əlini (əs) öldürən xaricilərin davamçılarıdır” (VİDEO)

Bölmə: Din, BLOK XƏBƏR
“İŞİD-çilər Həzrəti Əlini (əs) öldürən xaricilərin davamçılarıdır”
Türkiyənin tanınmış din alimi və moizəçisi, Cübbəli Əhməd ləqəbli Əhməd Mahmud Ünlü son moizəsini İŞİD probleminə ayırıb. ANS PRESS-in xəbərinə görə, baş verənlərin qiyamət əlaməti olduğunu deyən Cübbəli Əhməd heç bir dində belə əməllərə izn verilmədiyini vurğulayıb.

“İndi İraq əvvəlkindən də betər vəziyyətydədir. Nə baş verdiyi heç bilinmir. Qiyamətin əlaməti özünü göstərir. Nə öldürən niyə öldürdüyünü, nə də öldürülən niyə öldürüldüyünü bilir. Belə bir şey ola bilərmi? Müsəlman da müsəlmanı öldürə bilərmi? Bu necə oyun, necə fitnədir? Adamın başını kəsib top oynayırlar. Bu hansı kitabda var? Hansı kafirə bunu etmək rəvadır? Hansı insana, hansı heyvana bunu etmək mümkündür?”

İŞİD-çilərin nəinki sünni, müsəlman belə olmadığını deyən moizəçi onları nifrətlə lənətlədiyini bildirib.

“Bu necə biabırçılıqdır. Belə sünnilik olarmı? Biz onları nifrətlə lənətləyirik. Onlar müsəlman belə deyildir. Küçədən keçənləri sıraya düz və güllələ, yandır, uçur... Belə şey olmaz. Onlar məqbərə düşməni. Peyğəmbərin əshabələrini qəbirdən çıxardılar. Burdan deyirəm. Yəhudi də olsa, xristian da olsa sənə qarşı döyüşməyəni, silah çəkməyəni öldürən cənnətin ətrini ala bilməz. Bunu peyğəmbərimiz deyir”.

Onların Həzrəti Əlini şəhid edən xaricilərin davamçısı olduqlarını deyən Cübbəli bu qruplaşmanın namussuz olduğunu qeyd edib.

“Onlar və əməlləri barədə cihad, mücahid, şəhid deyə fikirləşməyin, yoxsa məhv olarsınız. O yolda ölsəniz məhv olarsınız. Bunlar xaricilərin davamıdır. Bunlar Həzrəti Əlini (əs) “Allah rizası üçün” öldürən xaricilərin davamçılarıdır. Bunlar təkfirçidir. Ən böyük xüsusiyyətləri, insanlarqa o dəqiqə “kafir” damğasını yapışdırmaqdır. Bunlar çox böyük namussuz və şərəfsizdirlər. Onlarda namus yoxdur. Millətin arvad-uşağını kəniz kimi görürlər. Biz mücahidik deyərək hər şey edirlər”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler