» » Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bölmə: Din, BLOK XƏBƏR
Azərbaycanda Ramazan bayramı qeyd olunurAzərbaycanda bu gün və sabah Ramazan bayramıdır.

Xalqinfo”nun məlumatına görə, bu gün saat 09:00-da bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıdakı Təzə Pir məscidində bayram namazına qatılacaq.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının builki Ramazan ayı fətvasında müsəlmanlar üçün müqəddəs ayın 1-nin miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf etdiyi bildirilir.

Fətvada Ramazan bayramının isə Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.

Bayramla əlaqədar iyulun 6-sı və 7-si ölkədə qeyri-iş günüdür.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler