» » Zəvvar olmaq istəyənlərin nəzərinə - AÇIQLAMA

Zəvvar olmaq istəyənlərin nəzərinə - AÇIQLAMA

Bölmə: Din, BLOK XƏBƏR, MANŞET
Zəvvar olmaq istəyənlərin nəzərinə - AÇIQLAMAQafqaz Müsəlmanları İdarəsi Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyənlərə xəbərdarlıq edib.

QMİ-dən verilən məlumata görə, zəvvarlara xəbərdarlıq ziyarət üçün sənəd qəbulunun vaxtı ilə bağlıdır.

Xalqinfo.az-ın məlumatına görə, sənəd qəbulunun vaxtı bu ayın sonu – iyulun 31-də yekunlaşır və ziyarətə getmək istəyən zəvvarlar sənədlərini təqdim etmək tələsməlidir. 31 iyul sənəd qəbulu üçün son tarix olacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə səfər sentyabrın 11-i başlayacaq. Hazırda Həcc ziyarətinə sənədlərin qəbulu davam edir. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları “AzAL” həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.
Mənbə
APA ,
Sizinyol.info

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler