» » Ramazan ayı başlayır- Təqvim

Ramazan ayı başlayır- Təqvim

Bölmə: Din, BLOK XƏBƏR, MANŞET
Ramazan ayı başlayır- Təqvim
Bu gecədən etibarən İslam dünyasında Ramazan ayı başlayır.


“Xalqinfo”nun məlumatına görə, bu gün niyyət axşamıdır və sabah artıq Ramazanın ilk günü hesab olunacaq.

Bu gün niyyət axşamı isə müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.

Qeyd edək ki, Ramazan ayının başlanması ilə bağlı QMİ-nin Qazilər Şurasının fətvası var. Fətvaya əsasən bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günüdür. Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Eyni zamanda QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq oxunan dualar yer alıb.

Ramazan ayı başlayır- Təqvim

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler