DataLife Engine > BLOK XƏBƏR > Bakıda qəza: 3 gənc öldü, 2-si yaralandı

Bakıda qəza: 3 gənc öldü, 2-si yaralandı


22-06-2014, 10:43. Yerləşdirdi: Tural Bakıda qəza: 3 gənc öldü, 2-si yaralandı
Bakı şəhəri Qaradağ rayonu ərasizində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin ans press-ə verdikləri məlumata görə, qəza ötən gün səhər saatlarında Ələt-Astara yolunda qeydə alınıb.

Hadisə “Prado” markalı avtomobillə, “Vaz 21015” markalı avtomobilin toqquşması nəticəsində baş verib. “Vaz 21015”in içərisində 5 gənc olub.

Qəza nəticəsində “Vaz 21015”- sürücüsü 1990-cı il təvəllüdlü Ramil Möhnətov və onun yanında olan 1993-cü il təvəllüdlü Röyal Dadaşov və Fuad Quliyev dünyalarını dəyişiblər.

“Vaz 21015”- in içərisində olan digər iki nəfər - Müqəddəs Əliyev və Şahin Süleymanov ağır vəziyətdə vəziyyətdə Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir.

Salyan rayonu Xərəc kəndinin sakinləri olan gənclərin Sənqəçal qəsəbəsində yerləşən neft obeyktlərindən birində mühafizəçi vəzifəsində işlədikləri bildirilir.

“Prado”-da isə bir nəfər sürücü olub. Onun hadisə nəticəsində xəsarət almadığı bildirilir.

Şahidlərin bildirdiklərinə görə, hadisə “Prado” markalı avtomobilin yoldan çıxması nəticəsində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır

Geri qayıt