» » Təhsil millətin gələcəyidir-

Təhsil millətin gələcəyidir- Xaləddin Ələkbərov

Bölmə: BLOK XƏBƏR, Köşə
Təhsil millətin gələcəyidir-

Xalqinfo .az Xəbər portalı,Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin
direktor əvəzi Xaləddin Ələkbərovun təhsilimizlə bağlı olan məqaləsini təqdim edir.

“Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O bildirmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu həssaslığı ulu öndərimiz SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən və ölkəmiz müstəqillik qazandıqdan sonra da göstərmişdir. Bunu onun təhsili sahəsindəki xidmətləri də sübut edir.
Heydər Əliyev SSRİ dövründə - XX əsrin 70-80 – ci illərində Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahədə ciddi işlər görmüşdür. O, 1972- ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” və 1973- cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul etdi. Bu qərarların tətbiqi nəticəsində ölkəmizdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırıldı. Ucqar bölgələrimizdə orta ümumtəhsil məktəbləri açılaraq, minlərlə azyaşlı bu məktəblərə cəlb edildi. XX əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəsisəsi açılmış və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırılmışdır. Həmçinin bu illərdə o, azərbaycanlıların Sovet İttifaqının ən nüfuzlu təhsil müəssisələrində oxumasına çalışmış və bununla bağlı böyük səy göstərmişdir. Elə bu səyin nəticəsində 1970- ci ildən başlayaraq hər il 800- 900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir. Bu da gələcəkdə respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə təkan vermişdir.
Azərbaycan müstəqil olduqdan sonra da təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Biz müstəqilliyimizin ilk illərinə nəzər salanda görür ki, təhsildə məktəblərin yenidən qurulması, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsi və s. ilə bağlı müxtəlif problemlər, çətinliklər vardı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı. Bunula yanaşı təhsil sistemində əmələ gəlmiş başıpozuqluğa, hərcmərcliyə son qoyuldu, təhsilin idarə edilməsinə gətirilmiş səriştəsiz adamlar ordan uzaqlaşdırılaraq peşəkar, bacarıqlı, işgüzar alimlər, müəllimlər təhsilin idarə edilməsinə gətirildilər. Dərslik problemini həll etmək üçün əvvəlcə 1-4 – cü siniflər, sonra isə yuxarı siniflər üçün dövlət vəsaiti hesabına dərsliklər çap olunmağa başlandı. Təhsil sistemindəki problemləri aradan qaldırmaq üçün prezidentin sərəncamı ilə 1998- ci il martın 30- da Dövlət Komissiyası yaradıldı. Müstəqil Azərbaycan müəllimlərinin 1998- ci ildə I qurultayı keçirildi. Qurultayda Heydər Əliyevin təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli ilə bağlı çıxışı oldu. Qurultayda həmçinin tariximizdə ilk dəfə olaraq Respublika Təhsil Şurası yaradıldı. Sonralar ulu öndər tərəfindən verilmiş “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirlməsi haqqında” 13 iyun 2000- ci il tarixli, “Dövlət dilinin tətbiqi işinin təkmişlləşdirilməsi haqqında” 18 iyun 2001- ci il tarixli, “Azərbaycan əlifbası və Azərbaycan dili günün (1 avqust) təsis edilməsi haqqında” 9 avqust 2001- ci il tarixli bəyanat, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi- texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002- ci il tarixli fərmanlar, sərəncamlar təhsilimizi dünya standartların səviyyəsinə qaldırdı. Hal- hazırda ümummilli liderin təhsillə bağlı siyasəti prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirməkdədir

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin
direktor əvəzi Xaləddin Qasım oğlu Ələkbərov


Şərh Yaz
ŞƏRH(125)

smile 31 oktyabr 2016 19:53
tewekkur edirem
Çit          91

melek 31 oktyabr 2016 20:09
Məlumat vericidir. Çox bəyəndim. Təhsil hər gün inkişaf edir. winked smile
Çit          92

aytac 31 oktyabr 2016 21:12
cox sag olun menede bu lazim idi wink lol
Çit          93

yusif 31 oktyabr 2016 23:41
cox saqolun wink
Çit          94

Elmar 1 noyabr 2016 18:18
106 lokbatan 9 b uwaglari yazmasin men yaziram yazan soyuw var!!
Çit          95

İlyas 1 noyabr 2016 18:57
əla axırki axdardığım inşanı tapdım
Çit          96

Novruz 1 noyabr 2016 19:07
Gewey olub ama cox muasirdi .. 19 cu esrden korrupiya illerinden baslasa daha gozelolardu tongue
Çit          97

Huseyn 1 noyabr 2016 19:29
cox gozel mellim insa vermisdi yazdim cox sagolun TWK
]
Çit          98

ayka 2 noyabr 2016 18:13
muellimenin inwasina elave etdim. cox tesekkurler
Çit          99

Eli 2 noyabr 2016 18:39
TEHSIL MILLETIN GELECEYIDIR
Çit          100

adsiz 2 noyabr 2016 21:14
coox gozel yazilib tesekurler
Çit          101

aynurə 3 noyabr 2016 21:16
cox maraqlidir
Çit          102

aysel 7 noyabr 2016 15:41
mən çox bəyəndim. lazîm idi istifadə etdim
Çit          103

sabir 7 noyabr 2016 18:22
cox gozel ve maraqlidi
Çit          104

gunel 7 noyabr 2016 20:45
Biz 9 cu sinifik ve insadan imtahan vereceyik.bunu yazana twk.isimiz asanlasir
Çit          105

sadelov 10 noyabr 2016 17:43
Çit          106

Vuska 10 noyabr 2016 20:49
babat melumat topladim insa ucun 5_5 alacamee 5 sagolun bu melumat ucun
wink wink

yaxwi melumat topladim sagolun 5 alacam iwallah

yaxwi melumat topladim sagolun 5 alacam iwallah
Çit          107

Gizli 13 noyabr 2016 16:04
Çooooooooooookkkkkkkkkkk güzel beyendim

Çooook güzel beyendim

Çox maraqlıdır
Çit          108

ATILLA 13 noyabr 2016 19:24
Insa yazmagimiza komek etdiyiniz ucun sağolun

INSALAR HANSI SAYTDA BAXMAQ OLAR
Çit          109

Ayten 14 noyabr 2016 00:17
Tehsil milletin geleceyi ola biler.Amma esl gelecek puldur her şey PULDAN baslayir
Çit          110

ejder 9 dekabr 2016 19:04
Çox gozell melumatlar öyrendim
Çit          111

Elif 16 yanvar 2017 23:16
Beyendim ela
Çit          112

Eyyub 7 mart 2017 20:47
cox maraqlidi amma mene "Tehsil geleceye aparan yoldur"haqqinda insa lazimdir burdan bir az uygunlasdirib yazdim amma yene lazimdi kim bilir yazsin?????? feel fellow winked


birde tehsil imkanlari bu gun cox da cetin insa deyil bunu yaza bilersiniz
feel
Çit          113

togrul verdiyev 3 oktyabr 2017 14:48
беые[left][/left][right][/right]


cox beyendim maraqlidir
Çit          114

Rufet 3 oktyabr 2017 19:21
Sitat: cako
tehsil imkanlari bu gun haqqinda kim bilir 8ci sinif 15 sehve 13 cu tapsiriq
mən başa
Sitat: Aytac
Tehsil imkanlari bu gun haqqinda insa kim bilir???
Çit          115

Aysel 3 oktyabr 2017 21:20
Sitat: gulcın
yaxsı ınsa ıdı muellım beyendı tongue
Çit          116

Cavid 4 oktyabr 2017 20:11
Sitat: Ali
Çox ela müellime inşa vermiş di mende yazdim twk


Mətni mənə də at

Mənə də at
Sitat: melisa
cook guzel metn

cook guzel metin
Çit          117

msp 5 oktyabr 2017 14:40
hakikaten guzelmish
Çit          118

Ulvi 11 oktyabr 2017 22:50
yazanin eline saglig ama menim bunu yazmaga sebrim yoxdu
Çit          119

aygün 16 oktyabr 2017 21:15
cox ela insadi
Çit          120

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler