» » Təhsil millətin gələcəyidir-

Təhsil millətin gələcəyidir- Xaləddin Ələkbərov

Bölmə: BLOK XƏBƏR, Köşə
Təhsil millətin gələcəyidir-

Xalqinfo .az Xəbər portalı,Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin
direktor əvəzi Xaləddin Ələkbərovun təhsilimizlə bağlı olan məqaləsini təqdim edir.

“Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O bildirmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu həssaslığı ulu öndərimiz SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən və ölkəmiz müstəqillik qazandıqdan sonra da göstərmişdir. Bunu onun təhsili sahəsindəki xidmətləri də sübut edir.
Heydər Əliyev SSRİ dövründə - XX əsrin 70-80 – ci illərində Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahədə ciddi işlər görmüşdür. O, 1972- ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” və 1973- cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul etdi. Bu qərarların tətbiqi nəticəsində ölkəmizdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırıldı. Ucqar bölgələrimizdə orta ümumtəhsil məktəbləri açılaraq, minlərlə azyaşlı bu məktəblərə cəlb edildi. XX əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəsisəsi açılmış və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırılmışdır. Həmçinin bu illərdə o, azərbaycanlıların Sovet İttifaqının ən nüfuzlu təhsil müəssisələrində oxumasına çalışmış və bununla bağlı böyük səy göstərmişdir. Elə bu səyin nəticəsində 1970- ci ildən başlayaraq hər il 800- 900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir. Bu da gələcəkdə respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə təkan vermişdir.
Azərbaycan müstəqil olduqdan sonra da təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Biz müstəqilliyimizin ilk illərinə nəzər salanda görür ki, təhsildə məktəblərin yenidən qurulması, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsi və s. ilə bağlı müxtəlif problemlər, çətinliklər vardı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı. Bunula yanaşı təhsil sistemində əmələ gəlmiş başıpozuqluğa, hərcmərcliyə son qoyuldu, təhsilin idarə edilməsinə gətirilmiş səriştəsiz adamlar ordan uzaqlaşdırılaraq peşəkar, bacarıqlı, işgüzar alimlər, müəllimlər təhsilin idarə edilməsinə gətirildilər. Dərslik problemini həll etmək üçün əvvəlcə 1-4 – cü siniflər, sonra isə yuxarı siniflər üçün dövlət vəsaiti hesabına dərsliklər çap olunmağa başlandı. Təhsil sistemindəki problemləri aradan qaldırmaq üçün prezidentin sərəncamı ilə 1998- ci il martın 30- da Dövlət Komissiyası yaradıldı. Müstəqil Azərbaycan müəllimlərinin 1998- ci ildə I qurultayı keçirildi. Qurultayda Heydər Əliyevin təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli ilə bağlı çıxışı oldu. Qurultayda həmçinin tariximizdə ilk dəfə olaraq Respublika Təhsil Şurası yaradıldı. Sonralar ulu öndər tərəfindən verilmiş “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirlməsi haqqında” 13 iyun 2000- ci il tarixli, “Dövlət dilinin tətbiqi işinin təkmişlləşdirilməsi haqqında” 18 iyun 2001- ci il tarixli, “Azərbaycan əlifbası və Azərbaycan dili günün (1 avqust) təsis edilməsi haqqında” 9 avqust 2001- ci il tarixli bəyanat, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi- texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002- ci il tarixli fərmanlar, sərəncamlar təhsilimizi dünya standartların səviyyəsinə qaldırdı. Hal- hazırda ümummilli liderin təhsillə bağlı siyasəti prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirməkdədir

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin
direktor əvəzi Xaləddin Qasım oğlu Ələkbərov


Şərh Yaz
ŞƏRH(125)

mauqli 10 oktyabr 2016 16:46
tehsil imkanlari bu gun haqqinda kim bilir 8ci sinif 15 sehve 13 cu tapsiriq
Çit          31

Sehane 11 oktyabr 2016 19:51
sitat: Aytac
Tehsil imkanlari bu gun haqqinda insa kim bilir???
Çit          32

neftçala balası 12 oktyabr 2016 20:47
çox sagolun maraqlıdır
smile
Çit          33

Ülvi 13 oktyabr 2016 22:52
Təhsil millətin gələcəyidir həqiqətən də eledir təhsilsiz insan heçdir
Çit          34

ElisadiQ_FatalieF) 16 oktyabr 2016 09:14
cox gozeldi cox saqolun winked ))))))))))))))
Çit          35

seymur 16 oktyabr 2016 15:31
cox superdir coxsaolun bunu yazan
Çit          36

Arzu 17 oktyabr 2016 17:49
mence menasiz melumatlariydi dahada maraqli yaza bilerdiz feel
Çit          37

tuğce 17 oktyabr 2016 18:26
Tehsil imkanları bugun onunla alakadar
Çit          38

turkane 18 oktyabr 2016 18:45
ella XALEDDIN muellim..
Çit          39

Neslihan 18 oktyabr 2016 19:30
Cokk guzel ogretmenim odev vermisdi yazdim. Tesekkurlerrrrtr .
Çit          40

Sadecə insan 19 oktyabr 2016 18:28
inşama xey belay ri toxundu
Çit          41

Vasif 19 oktyabr 2016 18:33
cox gozel twk edirem

twk ederim Xaleddin muwllim
Çit          42

Sadecə insan 19 oktyabr 2016 18:33
inşama xey belay ri toxundu
Çit          43

sevil 20 oktyabr 2016 18:27
pox yiyir heyder o kimdi qelet eliyir

cox gozel nailiyyetlerdi tehsil sayesinde allah ulu ondere rehmet elesin Xaleddin muellime can sagligi versin
Çit          44

maqamed 20 oktyabr 2016 19:20
Bu insa cox xosuma geldi ve bu insaya baxaraq ozum de bir esse yazacam
Çit          45

Emrah Zaqatala 23 oktyabr 2016 10:04
cox gozel teqdimatdir
Çit          46

ömer 23 oktyabr 2016 11:28
Çox gozel olmus tesekkur edirk. Bize çox komek oldunuz . Sag olun..!
Çit          47

leyla 24 oktyabr 2016 14:52
Xalleddin muellim cox sagolun cox gozel meqaledir
Çit          48

....... 24 oktyabr 2016 15:45
sitat: Aytac
Tehsil imkanlari bu gun haqqinda insa kim bilir???
Çit          49

nurlanə səfərli 24 oktyabr 2016 18:21
Bu məlumatlar çox maraqlıdır
Çit          50

Ramil 24 oktyabr 2016 19:28
Çox sağ olun Xaləddin müəllim.Təşəkkür edirəm.

Çox sağ olun Xaləddinmüəllim.Çoxgözəl inş
adir
Çit          51

Elay 24 oktyabr 2016 20:39
Tehsil milletin geleceyidir haqqinda inşa kim bilir 9 ci sinif (kurikulum)
Çit          52

polad 25 oktyabr 2016 17:59
maraqlidir
Çit          53

iftixar 25 oktyabr 2016 20:01
sagol melim tsk

sagol melim tsk
Çit          54

cndrella 25 oktyabr 2016 20:42
bu menim ucun lazim idi cox twk
Çit          55

gözəl 25 oktyabr 2016 20:58
Menimdə xoşuma getdi bu inşa
Çit          56

Elemdar 25 oktyabr 2016 21:00
Müəllimə tapşırıq vermişdi burdan yazdım tşk
Çit          57

aydan 25 oktyabr 2016 23:39
cox gozel deyilib
Çit          58

hahaha 26 oktyabr 2016 14:26
tehsil vare oxuyan yoxdu
Çit          59

samir 26 oktyabr 2016 14:39
Ela sozsuz eladi muellime insa vermisdi mende yazdim cox beyendi
Çit          60

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler