» » İlham Əliyev Sabirabada gedib- Fotolar

İlham Əliyev Sabirabada gedib- Fotolar

Bölmə: BLOK XƏBƏR, MANŞET
İlham Əliyev Sabirabada gedib- Fotolar
Bu gün prezident İlham Əliyev Sabirabad rayonuna səfər edib.


“Xalqinfo”nun məlumatına görə, dövlət başçısı rayonda bir sıra infrastruktur və sosial təyinatlı obyektlərin açılışında iştirak edib. Prezident İlham Əliyev Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun açılışında iştirak edib.

Daha sonra prezident İlham Əliyev Sabirabad şəhərində əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub. Sabirabada səfəri çərçivəsində dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında da iştirak edib.

Sonra prezident Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Dövlət başçısı ölkə üçün indiyədək əsas problemlərdən biri olan içməli su məsələsinin həlli ilə bağlı genişmiqyaslı işlər görüldüyünü deyib.

Daha sonra İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabirabad regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış olarkən bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Sabirabad da daxil olmaqla Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan rayonlarının və Şirvan şəhərinin 900 minə yaxın sakini yararlanacaq. Artıq “ASAN ödəniş” sisteminin tətbiqinə başlanılıb. Yaxın gələcəkdə ödəniş terminallarının ictimai yerlərdə quraşdırılmasına başlanacaq.

Dövlət başçısı səyyar “ASAN xidmət” avtobuslarında yaradılan şəraitlə də tanış olub. Ən müasir server və şəbəkə avadanlığının quraşdırıldığı bu avtobuslarla 2014-cü ildə 25 məntəqədə 30 rayonun əhalisinə səyyar xidmət göstərilib. Bu çərçivədə edilən 59 mindən çox müraciətin 90 faizə yaxını təmin olunub. Qeyd edilib ki, mərkəzdə 50 avtomobil tutumu olan dayanacaq tikilib.qafqazinfo

İlham Əliyev Sabirabada gedib- Fotolar
İlham Əliyev Sabirabada gedib- Fotolar
İlham Əliyev Sabirabada gedib- Fotolar
İlham Əliyev Sabirabada gedib- Fotolar
İlham Əliyev Sabirabada gedib- Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler