» » MSK təcili toplanır: Hansı dairələr ləğv ediləcək? - MSK katibi

MSK təcili toplanır: Hansı dairələr ləğv ediləcək? - MSK katibi

Bölmə: BLOK XƏBƏR
MSK təcili toplanır: Hansı dairələr ləğv ediləcək? - MSK katibi





Bu gün MSK-nın parlament seçkiləri ilə bağlı iclası keçiriləcək. 16:00-da baş tutacaq iclasda olduqca mühüm qərarların veriləcəyi gözlənilir.

İclasın müzakirə mövzusu barədə Axar.az-a danışan MSK-nın katibi Mikayıl Rəhimov deyib ki, bugünkü iclasda parlament seçkiləri ilə bağlı daxil olan şikayətlərə qiymət veriləcək.

“Deputatlığa namizəd olmuş şəxslər bu gün də öz şikayətlərini bizə göndərə bilərlər. Hazırda 300-ə yaxın video var ki, tərəfimizdən araşdırılır. Ümumilikdə göndərilən bütün şikayətlər araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Əgər şikayətlər öz təsdiqini taparsa, ciddi addımlar atılacaq”, - deyə o bildirib.

M.Rəhimov bəzi məntəqə və dairələrin nəticəsinin ləğv ediləcəyi ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələr barədə deyib ki, indidən heç nə demək mümkün deyil.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler