» » “Nərminin qəsdən öldürülməsi prezidentin nəzarətindədir” -

“Nərminin qəsdən öldürülməsi prezidentin nəzarətindədir” - Zakir Qaralov

Bölmə: BLOK XƏBƏR
 “Nərminin qəsdən öldürülməsi prezidentin nəzarətindədir” -



Baş Prokurorluqda əməliyyat müşavəsi keçirilib.

“Xalqinfo”ya daxil olan xəbərə görə, çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı dövlət başçısının xüsusi nəzarətindədir:



"İctimaiyyəti narahat edən bu faktla bağlı başlanmış cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilir".

Z.Qaralov intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı tapşırıqlar verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler