» » “Mitinq era”sının sonu yaxınlaşır

“Mitinq era”sının sonu yaxınlaşır

Bölmə: BLOK XƏBƏR
“Mitinq era”sının sonu yaxınlaşır
Siyasi partiyaların mübarizə vasitələrindən biri də kütləvi aksiyalar və mitinqlərdir. 90-cı illər və 2000-ci illərin əvvələrində bu metoddan geniş istifadə olunurdu. Lakin son illər Azərbaycanda siyasi partiyalar mübarizənin başqa üsullarına əl atırlar.

Maraqlıdır, bəs doğurdan da mitinq və ya etiraz aksiyaları köhnəlmiş taktikadır? Bu taktikanı əvəzliyəcək hər hansısa yeni üsul var mı ?

Modern.az siyasi partiya üzvlərinin bu barədə mövqeyini öyrənib.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu bildirir ki, mitinqin baş tutmamasının səbəbi orada ancaq müxalifətin öz adamlarının iştirak etməsidir.

“Mitinq o zaman baş tuta bilər ki, xalq özü mitinqə çıxsın, müxalifət gedib onu təşkil etsin. Lakin bizdə tərsinədir, xalq küçələrə çıxmır biz gedib öz resurslarımızla mitinq keçiririk. Belə olan halda mitinqin baş tutması xeyli çətinləşir. Əgər insanlar kütləvi şəkildə küçəyə çıxmağa razılıq verirsə, biz mitinq haqqında qərar verməliyik. Yoxsa ki, Milli Şuranın adam azlığına görə mitinq təşkil etmək istəyindən imtina etməyi düzgün deyil. Hazırda dövr elədir ki, heç mitinqə ehtiyac yoxdur. Televiziya və sosial şəbəkələr vasitəsilə həftədə bir neçə dəfə çıxış etməklə xalqa müraciət edə bilirsən. Əgər bizim əlimizdıə belə addımlar varsa, xalqı psixoloji, siyasi cəhətdən mitinqə hazırlamalıyıq. Yoxsa ki, ancaq öz adamlarından ibarət mitinq təşkil etmək düzgün deyil. Xalqın adından iştirak etməklə, xalq üçün mübarizə aparmaq tamam başqa anlayışlardır”.

Real Partiyasının icra katibi Natiq Cəfərli deyir ki, məqsəd sırf mitinq keçirmək olanda onun kəsəri də az olacaq.

“Azərbaycanda mitinqə xüsusi məqsəd kimi yanaşırlar. Lakin bizim partiya üçün yaranan gündən bu heç vaxt məqsəd olmayıb. Siyasi partiyalar üçün mitinq hakimiyyətə çatmaq seçkiləri qazanmaq üçün əsas hədəfdir. Lakin məqsəd sırf mitinq keçirmək olanda onun cəmiyyətə verəcəyi mesajların kəsəri azalır. Məqsədə çatmaq üçün mitinqdən istifadə isə labüddür. Bizdə mitinq təşkil ediləndə əsas hədəflər qalır bir kənarda say müzakirə olunur. Lakin say yox, çatdırılacaq mesajlar müzakirə olunmalıdır. Bütün bu hallar bizdə mitinqin uğursuz alınmasına gətirib çıxarır”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bəzi qüvvələrin mitinqi iğtişaş yartamaq məqsədilə təşkil etdiyini bilidirir.

“Bugünki mitinq taktikası özünü doğrultmur. Mitinqi siyasi alverə çevirənlər qarışqılıq yaradandan sonra pullarını alıb geri çəkilirlər. Bunlar müxalifət deyil, xalqın pulunu talan edən insanlardır. Ona görə də növbəti mitinq təşkil edilmədi,çünki pullarını alıb bir kənarda dayandılar. Belə olan halda da xalqda mitinqlərə çağırış inamsızlıq yaranır. Mitinq əvəzinə telviziya və mətbuatla da böyük auditoiyaya sözünü çatdırmaq olar”.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler