» » Ərdoğandan AKP-nin parçalanacağı iddialarına -

Ərdoğandan AKP-nin parçalanacağı iddialarına - Münasibət

Bölmə: BLOK XƏBƏR
Ərdoğandan AKP-nin parçalanacağı iddialarına -




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parçalanacağı haqqında iddialarla bağlı sualları cavablandırıb.

“Xalqinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Ərdoğan partiyanın yaradıcılarından olan Əli Babacanın və Əhməd Davudoğlunun yeni partiya qurmaq üçün fəaliyyətə başlamaları, Bəşir Atalay və Sadullah Ərginin istefası məsələlərindən danışıb:

“Biz bunları keçmişdə yaşamışıq. Partiyamızdan fraksiya yaradacaq şəkildə ayrılıb heç bir nəticə əldə edə bilməyənlər, CHP-nin içində sığınacaq almış vəziyyətə düşənlər oldu. Bunlar bizim dərdimiz deyil. Biz AKP olaraq hazırda tarix yazmaq iqtidarındayıq, hər hansı narahatlığımız yoxdur. Biz yolumuza davam edirik, bundan sonra da edəcəyik.

Sözlə təhdid olmaz. Deyə biləcəkləri nə varsa, söyləsinlər. Bəlkə bir az fayda əldə edə bilərlər. AKP Türkiyədəki fəaliyyətini ən yaxşı şəkildə davam etdirir ölkəyə investisiya qoyulması və insan faktorunun inkişafı üçün çalışır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler