Zaqatalada 6 bal gücündə zəlzələ olub: dağıntılar varmı? - VİDEO (YENİLƏNİB -1)Bölmə: BLOK XƏBƏR
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb. RSXM-dan Xalqinfo.az-a verilən xəbərdə bildirilir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. 12:33 xxx Zaqatalada 4,9 ballıq zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb. Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ hiss olunub. 11:48 xxx Qax, Balakən və Zaqatala ərazisində zəlzələ olub. Unikal.org xəbər verir ki, yeraltı təkanlar hiss olunub. Məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən təsdiqləyiblər. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|