» » Leyla Əliyeva qardaşını belə təbrik etdi -

Leyla Əliyeva qardaşını belə təbrik etdi - Foto

Bölmə: BLOK XƏBƏR
Leyla Əliyeva qardaşını belə təbrik etdi -






Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür.


Xalqinfo.az-ın məlumatına görə, Heydər İlham oğlu Əliyev 1997-ci il avqustun 3-də anadan olub. Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyeva qardaşının ad gününü təbrik edib.
L.Əliyev ailə fotolarını paylaşaraq bunları yazıb:

“Sevimli, xeyirxah, nurlu, ağıllı və layiqli qardaşım Heydəri ad günü münasibəti ilə təbrik edirəm! Qoy bütün arzuların yerinə yetsin! Hər şeyə görə sənə minnətdaram! Allah hamıya cansağlığı versin, sevgi, sülh, əminamanlıq və xeyirli günlər qismət etsin!!!”

Qeyd edək ki, Heydər Əliyev Bakıda babası Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində ümumi orta təhsil alıb. 2013-cü ildə orta təhsili başa vuran Heydər Əliyev təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında” əmrinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, qızıl medalla təltif olunub. Orta məktəbi qızlı meddala bitirən H.Əliyevin adı təhsil aldığı Müasir Təhsil Kompleksində “Şərəf kitabı”na yazılıb.

Elə həmin, 2013-də Azərbaycan Prezidentinin oğlu Heydər ali məktəblərə keçirilən II ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edib. O, qəbul imtahanlarını da yüksək səviyyədə verərək, 590 bal toplayıb və ADA Universitetinin tələbəsi adını qazanıb.

2017-ci ildə ADA Universitetinin bakalavriat pilləsini bitirib.

Leyla Əliyeva qardaşını belə təbrik etdi -
Leyla Əliyeva qardaşını belə təbrik etdi -
Leyla Əliyeva qardaşını belə təbrik etdi -
Leyla Əliyeva qardaşını belə təbrik etdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler