» » İlham Əliyev ailə üzvləri ilə birgə Fəxri xiyabanda

İlham Əliyev ailə üzvləri ilə birgə Fəxri xiyabanda

Bölmə: BLOK XƏBƏR
İlham Əliyev ailə üzvləri ilə birgə Fəxri xiyabanda




Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.

Xalqinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları və yaxınları Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler