"Dayım onların gözü qarşısında can verdi" - İcra başçısının müaviniBölmə: BLOK XƏBƏR
Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Unikal.org-a açıqlama verən Şabran rayon icra başçısının müavini, mərhum başçının bacısı oğlu Fikrət Nuşiyev bildirib ki, həkim rəyinə əsasən dayısı dəm qazından dünyasını dəyişməyib: "Dəqiq nədən öldüyü bilinmir. Həkimin qoyduğu diaqnoz qəflətən ürəyin tutması ilə bağlı olub. Yəni, durduğu yerdə qəflətən ürəyi tutub. Dəm qazından zəhərlənmə məsələsi arada gəzən boş söhbətlərdir. Ona görə də müvafiq orqanlar araşdırır. Ailə üzvlərinin bildiyi odur ki, Rövşən müəllim ürək tutmasından dünyasını dəyişib. Mərhum dünyasını dəyişəndə evdə həyat yoldaşı və qızı da olub. Dayım onların gözü qarşısında dünyasını dəyişib. Sonra təcili tibbi yardım çağrılsa da gec olub. Mərhumun iki övladı-bir qızı, digəri oğlandır". |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|