Külək şiddətləndi - YenilənirBölmə: BLOK XƏBƏR
Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi saat 23:00-24:00 radələrindən başlayaraq şimal-qərb küləyinə keçib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan “Xalqinfo”ya bildirilib. Məlumata görə, küləyin sürəti 18 m/s, Abşeron dəniz rayonunda isə küləyin sürəti 19 m/s-dək güclənib, dalğanın hündürlüyü 3,1 metrə çatıb. *** Saat 01:55 radələrində Çilov adasında şimal-qərb küləyinin sürəti 25 m/s-dək güclənib. *** Qərargahdan verilən məlumata görə, 17 yanvar saat 03:00-a olan məlumata görə açıq dənizdə dalğanın hündürlüyü 3,5 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcə aşağı enərək 6,3 dərəcə təşkil edir. *** 17 yanvar saat 06:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda 24 m/san, Abşeron yarımadasında 26 m/san, arabir 30 m/saniyədək şiddətlənib, dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|