» » Məscidi yandıranların ən son görüntüləri- Video

Məscidi yandıranların ən son görüntüləri- Video

Bölmə: BLOK XƏBƏR, MANŞET
Məscidi yandıranların ən son görüntüləri- VideoBakının Suraxanı rayonunda Qaraçuxur məscidini yandıran iki nəfər həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdikləri anti-terror əməliyyatı nəticəsində Bakının Binəqədi rayonunun, Biləcəri qəsəbəsində cinayəti törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılarkən onların üzərində silah aşkar edilərək götürülüb.

ans tv-nin məlumatına görə, Namiq Nəsibovun 2014-cü ilin avqust-sentyabr aylarında Suriyanın “PKK” terror təşkilatının nəzarətində olan ərazilərində gedən döyüşlərdə iştirak etdiyi müəyyən olunub. O, Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə “PKK” terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradaraq tərəfdarlar toplamağa başlayıb. Hər iki şəxs sosial şəbəkələr vasitəsilə bu təşkilatın adından Bakıda aksiyaların keçirilməsinə çağırışlar ediblər. Namiq Nəsibov və Elnur Ələkbərov qrup halında İslam dininin “əhli-sünnə” təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, terror planı hazırlayıblar. Qaraçuxur məscidi də bu niyyətlə yandırılıb.

Noyabrın 25-də axşam saatlarında Namiq Nəsibov və Elnur Ələkbərov izlənməkdən ehtiyat edərək bir neçə taksi dəyişməklə Qaraçuxur qəsəbəsinə gəliblər, müxtəlif yanacaqdoldurma məntəqələrindən 10 litr benzin alaraq şüşə qablara dolduraraq yandırıcı - partlayıcı vasitə hazırlayıblar. Saat 2 radələrində məscidin arxa və ön tərəfdə olan qapılarını sındıraraq orada yanğın törədərək qaçıblar.

Cinayətdə terrorçuluq əməlləri olduğundan işin istintaqı MTN-nin Baş İstintaq İdarəsinə həvalə edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, ictimai təhlükəsizliyi pozmaq, odlu silah əldə etmə maddələrilə cinayət işi başlanıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler