» » Mətbuat Şurası Ramil Usubova MÜRACİƏT ETDİ

Mətbuat Şurası Ramil Usubova MÜRACİƏT ETDİ

Bölmə: BLOK XƏBƏR
Mətbuat Şurası Ramil Usubova MÜRACİƏT ETDİ




Azərbaycan Mətbuat Şurası mətbuat yayımı əməkdaşı Sakit Həsənova fiziki xəsarət yetirilməsi ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.

Şuradan xalqinfo.az -a verilən məlumata görə, müraciətdə bildirilir ki, S.Həsənov avqustun 30-da gecə saatlarında naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə zərərçəkənin yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə yaşayış massivində qeydə alınıb. Nəticədə S.Həsənov döyülüb və ona soyuq silahla xəsarət yetirilib. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş S.Həsənovun vəziyyəti ağırdır.

Müraciətdə həmçinin baş vermiş hadisənin müvafiq hüquqi qiymətinin alması üçün kömək göstərilməsi xahiş olunur, S.Həsənovun üzləşdiyi durumun ətraflı araşdırılacağına, günahkarların müəyyənləşdirilərək layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler