» » Milli Onkologiya Mərkəzinin baş həkimi: "İnsanlar arasında onkoloji xəstəliklərlə bağlı xof yaradılıb" -

Milli Onkologiya Mərkəzinin baş həkimi: "İnsanlar arasında onkoloji xəstəliklərlə bağlı xof yaradılıb" - VİDEO

Bölmə: BLOK XƏBƏR
Milli Onkologiya Mərkəzinin baş həkimi: "İnsanlar arasında onkoloji xəstəliklərlə bağlı xof yaradılıb" -



Azad Kərimli: “Azərbaycanda insanlar arasında xof yaradılıb”

2016-cı ildə 43 927 onkoloji xəstə qeydiyyatda olmuşdusa, 2017-ci ildə onkoloji xəstələrin sayı 45756 nəfərə çatıb.

Bunu REAL-a müsahibəsində Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib. Onun sözlərinə görə, xəstələrin sayının artması demoqrafik artımla bağlıdır. Belə ki, əhalinin sayə artdıqca xəstəliklərə, o cümlədən, onkoloji xəstəliklərə tutulanların da sayında artım qeydə alınır: “Əhali sayına görə və digər ölkələrlə müqayisədə deməzdim ki, Azərbaycanda onkoloji xəstələrin sayı çoxdur”.

Azad Kərimli onu da əlavə edib ki, insanlar arasında onkoloji xəstəliklərlə bağlı xof yaradılıb: “Kardioloji xəstəliklər qorxulu deyil? Nevroloji xəstəliklər qorxulu deyil? Bu və digər xəstəliklərin hamısı qorxuludur. Amma onkologiya haqqında elə təsəvvür yaradıblar ki, guya, bir insan onkoloji xəstəxanaya müraciət edibsə, yaxud onda onkoloji xəstəlik təsdiqlənibsə, bu, həyatın sonu deməkdir. Bu, əsla belə deyil”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler