» » Musa Qasımlıya vəzifə verildi

Musa Qasımlıya vəzifə verildi

Bölmə: BLOK XƏBƏR
Musa Qasımlıya vəzifə verildiAzərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra kadr təyinatları aparılıb.


“qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin bugünkü iclasında məlumat verilib.

Qeyd olunub ki, kimya üzrə fəlsəfə doktoru Məlik Dəmirov AMEA-nın Təcrübə-Sənaye Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. Kimya elmləri doktoru Mirzə Mövsümzadə AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Mehbarə Səfərova AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fəridə Qəhrəmanova AMEA-nın Mikrobiologiya İnstitutunun elmi katibi vəzifəsinə təyinat alıb.

Tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlıya da AMEA-da vəzifə verilib. O, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru vəzifəsinə təyin edilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler